Dağlıq Qarabağ və Metsamor Avropa mediasının gündəmində
Tarix: 13.07.2016 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Avropa mediasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Metsamor AES haqqında məqalələr işıq üzü görüb.
Trend-in məlumatına görə, Avropanın media orqanlarında bu günlərdə Azərbaycanla bağlı bir sıra maraqlı məqalələr yayımlanıb. Euractiv.com saytında Belçikada yerləşən “Avropa Naminə Dialoq” təşkilatının təsisçisi və direktoru xanım Eli Hadjiyevanın “Terrorçular üçün asan hədəf: Ermənistandakı Metsamor AES” adlı məqalə işıq üzü görüb (http://www.euractiv.com/section/europe-s-east/opinion/easy-target-for-terrorists-armenias-metsamor-nuclear-plant/).
Məqalədə qeyd olunur ki, müasir zamanda dünyanın istənilən ərazisində yerləşən xüsusi strateji əhəmiyyət daşıyan obyektlər terrorçuların hədəfinə çevrilib. Potensial hədəflərdən biri də Avropa İttifaqının sərhədlərində, Ermənistanda yerləşən Metsamor AES-dir. Məqalə müəllifi hesab edir ki, 1976-cı ildə köhnəlmiş Sovet texnologiyası əsasında tikilən, soyutma sisteminə malik olmayan, habelə aktiv seysmik zonada yerləşən bu stansiyanın istismarı dayandırılmalıdır.
“Deutsche Welle” teleradio şirkətinin internet səhifəsində isə xanım Seda Sərdarın “Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün “Vətən kimi əziz yer yoxdur” məqaləsi yayımlanıb.
(http://www.dw.com/en/no-place-like-home-for-nagorno-karabakhs-displaced/a-19382617). Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunan məqalədə məcburi köçkünlərin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan şəxslərin yaşayış durumu haqqında məlumat verilib, həmçinin onların münaqişənin həlli ilə bağlı fikirlərinə də yer ayrılıb.Huffington Post informasiya portalının fransızdilli versiyasında isə “Əfqanıstanda Seçilmiş Qadınların Səfərbər Olunması” təşkilatının sədri xanım Patrisiya Lalondun Dağlıq Qarabağda nüvə problemi” sərlövhəli məqaləsi dərc olunub (http://www.huffingtonpost.fr/patricia-lalonde/lenjeu-nucleaire-dans-le-haut-karabagh_b_10812908.html?utm_hp_ref=france). Patrisiya Lalond məqalədə cari ilin aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin yaxınlığında yerləşən bir çox kəndlərin əhalisinin işğal olunmuş ərazilərdən açılan atəşə məruz qaldığı qeyd edir.Yazıda təmas xəttində yaxın ərazilərə fosfor bombasının atılmasının yerli sakinlərin həyatı üçün doğurduğu təhlükə və narahatlıq da əksini tapıb.
Müəllifin fikrincə, qoşunların təmas xəttində silahlı toqquşmalar bərpa olunduqca, regionda terror təhlükəsinin riski də artır. Müəllif qeyd edir ki, terrorçuların hədəflərindən biri də Ermənistanda yerləşən köhnəlmiş Metsamor AES-i ola bilər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info