Azərbaycan-İran biznes forumu keçirilir
Tarix: 13.07.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Görüşdə İran və Azərbaycandan olan müxtəlif sahələrə aid biznes dairələrinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev bu görüşün artıq ənənə halını aldığını, lakin iki ölkə arasındakı çox yaxşı münasibətlərin ticarət dövriyyəsinə uyğun gəlmədiyini deyib: "Ölkələrimiz arasında münasibətlər inkişaf edir. Lakin ticarət dövriyyəmiz 2015-ci ildə 15 milyon dollar olub. Bu da 2014-cü illə müqayisədə 30 faiz azalma deməkdir. Biz ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığı artırmaq üçün çalışmalıyıq".
Daha sonra çıxış edən İranın Qərbi Azərbaycan vilayətinin Kooperasiya palatasının sədri Mahmudrza Şərifixah Azərbaycana səfəri çərçivəsində onu 40 şirkət nümayəndəsinin müşayiət etdiyi bildirib: “Bu şirkətlər biznesin 12 müxtəlif sahələrini təmsil edir. Azərbaycanla İran arasında münasibətlər yüksək səviyyədədir. Ona görə də biz iqtisadi münasibətlərin inkişafı üçün daha da çalışmalıyıq”.
Daha sonra iki ölkənin müxtəlif sahələrə aid biznes nümayəndələri qarşılıqlı fikir mübadiləsi aparıblar.  
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info