“Chinar Hotel & Spa Naftalan” sərfəli qiymətlərlə istirahət və müalicə təklif edir
Tarix: 13.07.2016 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“Chinar Hotel & Spa Naftalan” oteli sərfəli qiymətlərlə istirahət və müalicə təklif edir. Standard otaqda iki nəfər qalmaqla iki həftəlik paketə müalicə ilə yanaşı gündə 3 dəfə yemək də daxil olmaqla adambaşına bir günlük qiymət 59 manat təşkil edir. Synergy Group və “AtaTravel” MMC-nin “Chinar Hotel & Spa Naftalan” otelinə keçirdiyi info tur çərçivəsində otelin meneceri Turqay Arı bildirdi: “Chinar Hotel & Spa Naftalan” istirahət və sağlamlıq mərkəzinə daha çox turist cəlb etmək üçün qonaqlara cəlbedici paketlər təklif edirik”.
Qeyd edək ki, “Chinar Hotel & Spa Naftalan” kompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi masaj və müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan nefti ilə normal müalicə kursu 14 gündür. Bu müddət ərzində 10 dəfə vanna qəbul etmək mümkündür. Naftalan nefti hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır.
“Chinar Hotel & Spa Naftalan” otelində 1 Royal suite, 6 Deluxe rooms, 4 Suites, 100 Superior rooms, 59 Standard rooms olmaqla 170 yaşayış otağı var. Otaqlarda 81 ekran LCD TV, mini bar, seyf, WIFI internet, telefon və s. mövcuddur. Kompleksdə İsveç masası sistemi ilə çalışan “Sapfir” restoranı, “Lobby” kafe-bar, “Vitamin” bar və “Paradis” bar fəaliyyət göstərir.
Ətraflı məlumat üçün xahiş edirik otel ilə əlaqə saxlayasınız: +994 050 295 66 00. https://www.youtube.com/watch?v=_3iB5apcU6U


Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info