Gənclər təşkilatının Şəmkir nümayəndəliyi yaradıldı
Tarix: 13.07.2016 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzinin Şəmkirdə nümayəndəliyinin yaradılması ilə bağlı toplantı keçirilib. Toplantını giriş sözü ilə Mərkəzin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə açaraq, 2016-cı ildə Azərbaycanın Gənclər Paytaxtı seçilmiş Şəmkir rayonunda fəaliyyətə başladıqlarını elan edib. Bildirib ki, Şəmkir rayonunda bir sıra maraqlı layihələrin həyata keçirilməsi, gənclərin müxtəlif sahələrdə maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlərin təşkili planlaşdırılır. Bu baxımdan nümayəndəliyin yaradılması və fəaliyyəti zəruridir.
Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Zülfiyyə Əhmədova və digərlər çıxış edərək, gənclərlə iş sahəsində görülən işlər barədə məlumat verib, Mərkəzin rayonda fəaliyyət göstərəcəyini yüksək qiymətləndiriblər.
Daha sonra Şəmkir gəncləri üçün Mərkəz haqqında geniş təqdimat keçirilmiş, maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Sonda Şəmkir rayonunda olan fəal gənc Aydın Budaqov Mərkəzin Şəmkir rayonundakı nümayəndəsi seçilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info