Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı daha bir yenilik hazırlanıb
Tarix: 13.07.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Gömrük Komitəsində (DGK) "Risklərin İdarə Olunması sistemi əsasında malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" prinsipi" mövzusunda təqdimat keçirilib. 
Tədbirdə çıxış edən DGK-nin sədri Aydın Əliyev bildirib ki, beynəlxalq ticarət sistemində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, ticarət münasibətlərinin daha mürəkkəb xarakter alması, ticarət-təchizat zəncirində qlobal təhlükələrin artması, həmçinin gömrük sisteminin inkişafı ilə bağlı Azərbaycan hökumətinin müəyyən etdiyi prioritet hədəflər qurum tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi sahəsində daha çevik və müasir metodların tətbiqini tələb edir. 
A. Əliyev yeni sistemin tətbiqini prezident İlham Əliyevin bu ilin birinci yarısında gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması ilə bağlı imzaladığı fərman və sərəncamlardan irəli gələn məsələlərin həllinə  uyğun olaraq atılmış mühüm addım kimi qiymətləndirib. 
Komitə sədri onu da bildirib ki, gömrük xidmətində risklərin idarə olunması sisteminin tətbiqi beynəlxalq təcrübədə təkmil sərhəd idarəçiliyi həllərinin ən mühüm komponentlərindən biri olaraq qəbul edilir. 
Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev tətbiq olunan yeniliyə əsasən sərhəd gömrük buraxılış məntəqələrində, həmçinin gömrük rəsmiləşdirilməsi zamanı daxili gömrük orqanlarında mallara və nəqliyyat vasitələrinə qabaqcadan müəyyən olunmuş risk meyarları və risk profilləri əsasında gömrük nəzarəti həyata keçiriləcəyini bildirib. İ. Babayev yeni sistemin  gömrük qanunvericiliyinin tələblərinə riayət edən sahibkarlara bir sıra üstünlüklər gətirməklə gömrük əməliyyatlarını daha asan, çevik və daha az xərclə həyata keçirməyə imkan verəcəyini vurğulayıb. 
Daha sonra Audit və Risk Analizləri İdarəsinin Risk analizləri şöbəsinin rəisi Ziya Ağayev, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Hədəflərin müəyyənləşdirilməsi şöbəsinin rəisi Qadir Abdullayev və Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Layihələrin idarə olunması şöbəsinin baş inspektoru Elşən Məmmədov təqdimatlarla çıxış edərək yeni sistemin üstün imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info