Alman sosioloq: “Almaniya dominantlığı Avrozonada incikliyə təhrik edir”
Tarix: 13.07.2016 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


“Avropada sağ qanadlı populizm təhdidləri yalnız daha böyük AB əməkdaşlığı çərçivəsində həll edilə bilər”

Dünyanın ən nüfuzlu intellektuallarından olan alman sosioloq və filosof, “İctimai sferanın struktural transformasiyası”nın müəllifi Jürgen Habermas xəbərdarlıq edib ki, daha əhatəli və dərin Avropa əməkdaşlığı olmayınca, Avropa Birliyində sağ qanadlı populizm artmaqda və yüksəlməkdə davam edəcək. Bu barədə Böyük Britaniyanın “İndependent” media qurumu yazır. Özünün müasirliklə bağlı araşdırmaları ilə məşhur olan görkəmli alman professor onu da bildirib ki, Avropa Birliyinə üzv dövlətlər arasında bərabərlik təmin olunmayana qədər “İsveç Demokratları”, İtaliyada “Beş Ulduz Hərəkatı”, Fransada “Milli Cəbhə”, “Danimarka Xalq Partiyası” və “Ukip” kimi sağ qanadlı populist qrupların mövqeyi yüksəlməkdə davam edəcək.
Avropa Birliyi rəsmiləri həddindən artıq, yersiz müdaxilələrin baş verməsi ilə bağlı çox tədbirli olduqları bir vaxtda, alman sosioloq deyir ki, yalnız Avropa Birliyindəki ölkələr arasında real inteqrasiya belə bir bərabərliyi təmin edə bilərdi: “Amma hazırda Almaniyanın dominantlığının artması fonunda qeyri-bərabərliyin də artması hər kəs üçün ittihamedici bir hədəfə çevrilib. Almaniya həvəssiz, laqeyd və bacarıqsız dominantdır, o Avropanın güc balansının pozulmasından istifadə edir və bu balansı daha saya almır”.
Bu fikirləri o, alman qəzeti “Die Zeit”ə bildirib. Alman mütəfəkkir əlavə edib ki, Almaniyanın dominantlığı Avrozonada incikliyə təhrik edir.
Qeyd edək ki, onun bu barədə şərhi Brekzitin(Britaniyanın Avropa Birliyindən çıxması– İ.A.), Avropa Birliyinə qarşı olan Fransa “Milli Cəbhə Partiyası”nın lideri Marin Le Pen tərəfindən alqışlanmasının ardınca olub. Marin Le Pen Brekziti alqışlayan zaman belə bir ifadə işlədib: “Bu, Avropa Birliyinin sonunun başlanğıcıdır”.
Professor tərəfindən o da qeyd edilir ki, Brekzit Britaniyada identikliklə bağlı problemlərin qaldırılması fonunda baş verib və Britaniyanın artıq böyük güc olmadığı barədə hislərin oyanması ilə təhrik edilib. Amma alman sosioloq bunu da vurğulayıb: “Bununla belə, mən demirəm ki, Avropa Birliyi etibarını itirməlidir və öz üzv dövlətlərinə inandırıcı rəvayətlər danışmağa cəhd etməkdən qalmalıdır. Avroskeptisizmi dəstəkləyənlər üzərində qələbə çalmaq üçün “daha möhtəşəm baxışlar olmamalıdır” kimi vədedici şüarlarla çıxış etməklə də bir şey əldə etmək olmaz. Bunun əvəzinə, yalnız yaxşıca işləyən özəyə söykənən Avropa bütün üzv dövlətlərin hazırkı qütbləşmiş cəmiyyətlərini AB layihəsinin önəm kəsb etməsinə inandıra bilər”.


“Almaniya həvəssiz, laqeyd və bacarıqsız dominantdır, o Avropanın güc balansının pozulmasından istifadə edir və bu balansı daha saya almır”


O əlavə edib ki, Avropanın həmin özəyi və ya nüvəsi hazırda Fransa və Almaniyadır, amma daha çox sayda üzv dövlətlər, ölkələr arasında əlaqələrin lazımınca “dərinləşməsində” iştirak etməlidirlər: “Nə qədər ki bu antidemokratik və qüsurlu struktur islah olunmayıb, çətin ki antiavropa kampaniyalarının ardı-arası kəsilsin. Avropada demokratiyaya nail olmağın yeganə yolu qitədə qarşılıqlı əməkdaşlığın dərinləşməsindən keçir”.

“Nə qədər ki bu antidemokratik və qüsurlu struktur islah olunmayıb, çətin ki antiavropa kampaniyalarının ardı-arası kəsilsin. Avropada demokratiyaya nail olmağın yeganə yolu qitədə qarşılıqlı əməkdaşlığın dərinləşməsindən keçir”

Yazıda o da xatırladılır ki, Britaniyada ötən ayın sonlarında keçirilən referendum, 51,9 faiz AB-dən çıxmağa, 48,1 faiz isə qalmağa səs verməklə çıxmağı seçib: “Bununla belə, Britaniyada yaxşı təhsil görmüş, əhalisinin savad səviyyəsi yüksək olan şəhərlər, həmçinin Şotlandiya, daha çox Britaniyanın AB-də qalmasına səs verib. Brekzitə səs verənlər isə əsasən kənd regionları və az təhsilli, eyni zamanda multikulturallıq baxımından kasad olan bölgələr olub.
İlkin AĞAYEV








 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info