Rövnəq Abdullayev Bidzina İvanişvili ilə görüşüb
Tarix: 11.03.2013 | Saat: 21:15:00 | E-mail | Çapa göndər



Görüşdə ARDNŞ-ə Gürcüstan ərazisində daha 30 min abunəçiyə qaz çəkilməsi həvalə edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfər edib. ARDNŞ prezidenti Tiflisdəki Heydər Əliyev parkını ziyarət edib. Daha sonra R. Abdullayev Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə görüşüb. Görüşdə investisiya imkanlarının genişləndirilməsi barədə müzakirələr aparılıb.
Daha sonra R. Abdullayev ARDNŞ-in Tiflisdə 2 yeni yanacaqdoldurma stansiyasının açılışında iştirak edib. Qeyd olunub ki, yaxın iki il ərzində ARDNŞ-in Gürcüstandakı qaz yanacaqdoldurma məntəqələrinin sayı 20-yə çatacaq. ARDNŞ prezidenti Rövnəq Abdullayev, «SOCAR Georgia»nın rəhbəri Mahir Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın təbii sərvətlər və energetika naziri Kaxa Kaladze, reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, eləcə də Gürcüstan parlamentinin gürcü və azərbaycanlı deputatları, digər rəsmi şəxslərin iştirakı ilə Bolnisi rayonunun Faxralı kəndinə təbii qazın verilməsi mərasimi keçirilib. Tədbirdə bildirilib ki, 8 min nəfər əhalisi olan Faxralı kəndindəki 1400 abunəçinin hamısı qazla təmin olunub. İlk qaz kənd sakini Həmid Kərimovun evində yandırılıb. Gürcüstanın təbii sərvətlər və energetika naziri Kaxa Kaladze bildirib ki, ARDNŞ tərəfindən Gürcüstanda 150 min abunəçiyə qaz çəkilişi planı artıq başa çatıb: “Rövnəq Abdullayevin baş nazir Bidzina İvanişvili ilə görüşündə ARDNŞ-ə Gürcüstan ərazisində daha 30 min abunəçiyə qaz çəkilməsi həvalə edilib”. Kənd sakinləri ilə görüşərək onların problemləri ilə maraqlanan ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstanın baş naziri ilə görüşündə bu ölkədə yaşayan azərbaycanlıların sosial vəziyyətinin müzakirə olunduğunu da bildirib. Azərbaycanlıların sosial vəziyyətinin daha da yaxşılaşacağını deyən ARDNŞ rəhbəri qeyd edib ki, infrastruktur layihələri nəticəsində bundan sonra sakinlər kənd təsərrüfatını daha yaxşı inkişaf etdirə biləcəklər: “Azərbaycanla Gürcüstan arasında strateji birliyi heç bir qüvvə poza bilməz”. Bundan başqa, Bolnisi və Marneuli rayonlarında körpülərin və təmir olunmuş kənd yollarının açılışı da olub.
Yeni kimya kompleksinin
operatorluğu xarici şirkətə
həvalə edilə bilər

Qeyd edək ki, Rövnəq Abdullayev açıqlamasında bildirib ki, Azərbaycanda tikilməkdə olan yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin operatorluğu xarici şirkətə həvalə edilə bilər. Onun sözlərinə görə, kompleks layihəsində xarici şirkətlərin pay alması, yeni kompleksin bütövlükdə və ya ayrı-ayrı istehsal sahələrinin başqa şirkətlərin idarəetməsinə verilə biləcəyi də istisna edilmir. Qeyd edək ki, bəzi məlumatlarda xarici operatorun baş ofisinin ABŞ-da yerləşən «Air Product» beynəlxalq şirkəti ola biləcəyi qeyd edilir. Yanvar ayında «Air Product» şirkətinin prezidenti və baş icraçı direktoru Con MakQleydin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda ARDNŞ rəhbərliyi ilə görüşüb. Görüşdə «Air Product» rəhbərliyi ARDNŞ-in müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi barədə müzakirələr apararaq ARDNŞ ilə əməkdaşlıq etmək istədiyini bildirib. R.Abdullayev bu şirkətlə əməkdaşlıq barədə müzakirələrin davam etdiyini bildirib. Bundan başqa, ARDNŞ rəhbəri adi çəkilən layihədə digər şirkətlərin pay almasını da istisna etməyib.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Böyük sənaye potensialı yaradılır: müasir zavodların yaradılması prioritetdir
19.02.2019
Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək
19.02.2019
Azərbaycan məhsulları “Prodexpo 2019” sərgisində medala layiq görülüb
19.02.2019
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib
19.02.2019
“Azexport” “Amazonla Qazan” təlimini davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info