“İslahatlar Azərbaycanı investorlar üçün maraqlı ölkəyə çevirir”
Tarix: 14.07.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“İsveç Azərbaycan ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq üçün yeni hüquq bazasının yaradılması prosesini birmənalı şəkildə dəstəkləyir”.
Bu fikri İsveçin Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistandakı səfiri xanım İnqrid Tersman “Caspian Energy International Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə “Caspain Energy”nin nümayəndə heyəti ilə görüşdə bildirib. Avropa İttifaqı ilə Azərbaycan arasında bu məsələ ilə bağlı danışıqların başlanmasının böyük səbirsizliklə gözlənildiyini deyən səfir İsveç tərəfinin həmin razılaşmanın əldə ediləcəyinə, iqtisadi əməkdaşlıq və imkanlarla bağlı bir sıra istiqamətləri əhatə edəcəyinə böyük ümid bəslədiklərini qeyd edib. Xarici işlər naziri Marqot Valstrem mart ayında Azərbaycana səfəri zamanı açıq-aşkar bildirib ki, İsveç Avropa İttifaqı ilə Azərbaycan arasında dolğun razılaşmanın qəti tərəfdarıdır. Görüş zamanı qarşılıqlı əməkdaşlıqla bağlı müxtəlif məsələlərə, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub. “Enerji resursları və ya neft ixracatı barədə söhbət gedərkən Azərbaycanın adı böyük sərvətə malik ölkə kimi xatırlanır. Əlbəttə ki, neftin qiymətinin düşməsi həm ölkə, həm də onun iqtisadiyyatı üçün çağırış oldu. Lakin bu, təkcə çağırış, xəbərdarlıq kimi yox, eyni zamanda, Azərbaycanda iqtisadi islahatların başlanmasının əsas səbəblərindən biri kimi qiymətləndirilməlidir”, - deyə səfir qeyd edib. O deyib ki, aparılan islahatlar nəinki ölkə iqtisadiyyatının inkişafına, həm də Azərbaycanın investorlar üçün maraqlı ölkəyə çevrilməsinə yönəldilib. Səfir bu islahatların Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə də kömək edəcəyini vurğulayıb. Görüşün sonunda səfir “Caspian Energy”yə müsahibə verib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info