Sumqayıtda yeni dənizkənarı bulvar
Tarix: 14.07.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığı ilə Sumqayıtda dənizkənarı yeni bulvar və Sahil parkı layihəsinin uğurla icra olunması şəhərin simasını tamamilə dəyişməklə yanaşı, həm də Sumqayıtın turizm imkanlarını artırıb.
Artıq yüzlərlə şəhər sakininin və turistlərin hər gün ən çox üz tutduğu yer yeni bulvardır. Şəhərin yeni dənizkənarı bulvarı isti yay günlərində sərin havada istirahət etmək istəyənlərin ən sevimli məkanı olub. Sahil boyunca əsrarəngizliyi, təmiz hava şəraiti, yaşıllığı ilə seçilən bulvar göz oxşayır. Qısa vaxtda burada ən müasir infrastruktur yaradılıb, müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsini təşkil etmək üçün də yeni layihələrin icrasına başlanılıb. Şəhərin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan yeni bulvarda artıq 1 kilometrlik hissə tam hazırdır. Bulvarda kiçikölçülü gəzinti avtobuslarının, avtomobillərin, velosiped sürənlərin maneəsiz hərəkəti üçün sahil boyu xüsusi hərəkət zolağı salınıb. Ərazidə nadir ağac növləri və bitkilər əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu da inşa olunur. Sahildə inşasına başlanılan estakadalarda tikinti-quraşdırma işləri başa çatdıqdan sonra turistlər üçün şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Həmçinin bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də planlaşdırılır. Qeyd edək ki, bulvarda fəvvarə kompleksi, Bayraq Meydanı, Multikulturalizm abidəsinin də inşasına başlanılıb.





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info