ADİU dünyanın tanınmış universitetləri ilə anlaşma memorandumları imzalayıb
Tarix: 14.07.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının Pusan şəhərində Dünya Təhsil Liderlərinin IV Forumu keçirilib. “Xarakter təhsilinin bu günü və gələcəyi” mövzusunda təşkil olunan forumda Avropa, Asiya, Mərkəzi Amerika və Afrikanın 23 ölkəsindən 51 universitet rəhbəri iştirak edib.
Forum çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Hindistanın Chandigarh, Makedoniyanın Beynəlxalq Balkan və Nigeriyanın Caleb universitetləri arasında anlaşma memorandumları imzalanıb. Bundan əlavə, Malayziyanın Malaya Universiteti ilə ADİU arasında əməkdaşlığın istiqamətləri barədə razılıq əldə olunub. Universitetdən bildirilib ki, forumun ilk sessiyasında ADİU-nun rektoru, professor Ədalət Muradov “Universitetlərdə xarakter təhsili üzrə işin qurulması və bunun tələbələrə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Rektor məruzəsində xarakter təhsilinin formalaşması istiqamətində ADİU-da yaradılan şəraitdən, atılan addımlardan danışıb. Qeyd edilib ki, universitetdə tətbiq olunan bu təhsil tələbələrdə müəyyən xarakter formalaşdırır və bir sıra özəllikləri inkişaf etdirir. Ə.Muradov tələbələrin startup ideyalarının reallaşdırılmasına xidmət edən İnnovativ Biznes İnkubator barədə məlumat verib, universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının gənclərin nümunəvi xarakterinin yaradılmasına özünəməxsus töhfə verdiyini qeyd edib. Məruzədə xarakter təhsilinin tələbələrə göstərəcəyi təsirlər barədə təkliflər səsləndirilib. Forumda xarakter təhsilinin universitetlər və tələbələr üçün əhəmiyyəti, sosial dəyişikliklərdəki gözləntiləri və təkmilləşmə istiqamətləri, dayanıqlı təhsil innovasiyaları barədə məruzələr dinlənilib, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info