Tərtərdə 41 min tondan çox taxıl istehsal edilib
Tarix: 14.07.2016 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, 12 min 214 hektar taxıl sahəsindən 41 min 233 ton məhsul əldə edilib. Bu, ötən illə müqayisədə 2365 ton çoxdur. Məhsulun 29 min 586 tonu buğda, 11 min 647 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 37,3 sentner, arpa sahələrində isə 27,2 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalar əsasında şum aparılır.
Bundan başqa, təsərrüfatlarda tərəvəz və bostan məhsullarının yığımı da davam edir. Bu günədək 832,3 hektardan 10 min 646 ton tərəvəz, 128 hektardan 627 ton lobya, 72 hektardan 340 ton dən üçün qarğıdalı, 490 hektardan 5375 ton kartof, həmçinin 1535 ton meyvə və giləmeyvə götürülüb. Hər hektarın orta məhsuldarlığı kartof üzrə 109,7 sentner, tərəvəz üzrə isə 127,9 sentner, lobya üzrə 49 sentner, qarğıdalı üzrə 47,2 sentnerdir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info