12 mükafat almış filmimiz Yaponiyada
Tarix: 14.07.2016 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Bu il Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar Yaponiyada keçirilən anım tədbirləri sırasına film nümayişi də əlavə olunub. Nəzərdə tutulan tədbirlər çərçivəsində reallaşacaq “Müharibə və sülh” adlı xüsusi beynəlxalq proqrama müxtəlif illərdə ayrı-ayrı ölkələrdə istehsal olunmuş altı film dəvət alıb.Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, nümayiş olunacaq filmlər arasında Elçin Musaoğlunun ekranlaşdırdığı və Qarabağ müharibəsi mövzusundan bəhs edən “Nabat” bədii filmi də yer alıb.Ümumdünya sülh uğrunda mübarizə hərəkatının simvolu olan Xirosima qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri ənənəvi anım məkanı sayılan Xirosima Memorial Sülh Parkında keçiriləcək. Film ingilis və yapon dilində altyazılar ilə təqdim olunacaq. Nümayişlərdə faciə qurbanlarının qohumları, dövlət rəsmiləri, anım tədbirinin qonaqları və şəhər sakinləri iştirak edəcək.Qeyd edək ki, “Nabat” filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıb.Beynəlxalq premyerası Venesiya beynəlxalq kinofestivalında baş tutan “Nabat” filmi 30-dək xarici festivalda iştirak edib, on iki mükafata layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 “Özümü qərib ölkədə hiss etmədim”
4 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
5 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info