Beynəlxalq layihə uğurla başa çatdı
Tarix: 14.07.2016 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 08-13 İyul, 2016-cı il tarixlərində Gəncə şəhərində həyata keçirilən "Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi" adlı beynəlxalq layihə uğurla başa çatdı.
Layihə müddətində iştirakçılar Gəncə şəhərində fəaliyyət göstərən Gənclər Təşkilatları və Gənclər Mərkəzinə səfərlər etdi, onların fəaliyyətləri ilə tanış oldular. Sözügedən könüllülük mövzusunda qrup işləri, təqdimatlar və fikir mübadilələri aparıldı. Layihənin sonuncu iş günü bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak etdilər.
Beynəlxalq layihə Avropa Birliyi, Şərqi Avropa və Qafqaz ölkələrindən olan gəncləri bir araya gətirməklə ölkəmizdə könüllülük mövzusunda Avropa təcrübəsinin öyrənilməsi ilə gənclərin könüllülük işlərinə daha geniş miqyasda təşviq edilməsi və könüllülük prinsipinin təkcə gənclər işində deyil, eyni zamanda digər dövlət və qeyri dövlət strukturlarında tətbiqindən bəhs olundu.
Layihənin məqsədi - Avropada “Könüllülük işi” sahəsində fəaliyyət göstərən gənclər təşkilatları və digər müəssilərin (KİV,dövlət qurumları və s.) könüllük sahəsində bu günə qədər əldə etdiyi təcrübənin Qafqaz regionunun gənclərinə aşılanması, əlavə olaraq "Gəncə 2016 Avropa Gənclər Paytaxtı" kompaniyası çərçivəsində könüllülük işinin beynəlxalq səviyyədə inkişaf etdirilməsi və kompaniyanın Avropalı gənclər arasında təbliğidir.
Təlimlərdə Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna, Moldova, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Latviya və Rumıniyanı təmsil edən 20 gənc iştirak etdi.


Sevinc Məmmədova
İctimaiyyətlə Əlaqələr üzrə Koordinator
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info