«Fransadakı ermənilər prezident seçkilərindəki kütləvi saxtakarlığa etiraz edirlər»
Tarix: 11.03.2013 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Qaqik Qinosyan: «Ermənistanda mədəniyyət, təhsil sahələrində vəziyyət
iflasa uğrayıb, iqtisadi-maliyyə, sosial sahədə isə vəziyyət faciəlidir»


Parisdəki Ermənistan səfirliyinin qarşısına toplaşan 50-yə yaxın erməni etiraz aksiyası keçirib. «Nouvelles d`Armenie» nəşri xəbər verir ki, prezidentliyə keçmiş namizəd Raffi Ovannisyanın miqrant tərəfdarlarının yaratdığı «Erməni dirçəlişi» hərəkatının üzvləri hesab edirlər ki, fevral ayında keçirilmiş prezident seçkilərinin nəticələri kütləvi şəkildə saxtalaşdırılıb.
Onlar hesab edirlər ki, «nə qədər ki, hakimiyyəti işğal etmiş oliqarxlar cəmiyyətin əhəmiyyətsiz azlığına xidmət edəcək, o vaxta qədər Ermənistan dalandan çıxa bilməyəcək». Qəzet yazır: «Hərəkatın adından Ermənistanın Fransa səfirliyinə müraciət edən aktrisa Lilit Simonyan, Şant Ozkirisyan və Lilian Taronyan erməni və fransız dillərində yazılmış etiraz müraciətini təqdim etmək istəyiblər. Lilian Taronyan çıxışında bildirib: «Bizim diasporun ənənəsi belədir ki, adətən insan hüquqları, irqi ayrı-seçkilik, soyqırımla bağlı digər dövlətlərin səfirliklərinin qarşısında aksiya keçirək. Amma bu gün ürək yanğısı ilə Ermənistan səfirliyinin qarşısına toplaşmışıq. Biz etiraz aksiyası keçirərək son prezident seçkilərinin bulaşdığı kütləvi saxtakarlığa etiraz edirik. «Erməni hərəkatı» artıq başını qaldıran və hesab tələb edən erməni xalqını müdafiə etməyə çağırır». Aksiyanın sonunda iştirakçılar yazılı müraciəti polisin müşayiəti ilə səfirliyə təqdim etmək istəsələr də, müraciət qəbul olunmayıb.
Qeyd edək ki, seçkilərin nəticələrinə etiraz edən Ovannisyan müddətsiz aclıq aksiyasına başlayıb. Ovannisyan bəyan edib ki, Sərkisyan ancaq onun meyidinin üstündən keçərək andiçmə mərasimi keçirə bilər. Aksiyada Ovannisyanla həmrəylik nümayiş etdirənlərin sayı artmağa başlayıb. «Tert.am» xəbər verir ki, daha 5 vətəndaş aclıq aksiyasına qoşulub. Aksiyaya qoşulan Bayandur Poqosyan bildirib ki, hər bir vətəndaş ayağa qalxmalı və bildirməlidir ki, Sərkisyan ancaq onların meyidlərinin üstündən keçərək and içə bilər. ABŞ-da yaşayan Levon adlı erməni də aksiyaya qoşulub. O bildirib ki, qərar qəbul etmək onun üçün çətin olub, amma sonda anlayıb ki, ən doğru addım elə budur və tezliklə bu aksiya kütləvi hal alacaq. Ovannisyana dəstək verənlərdən biri də «Karin» adlı ənənəvi mahnılar ansamblının yaradıcısı Qaqik Qinosyandır. O, «Tert.am»a bildirib ki, seçkilərin nəticələrinin kütləvi şəkildə saxtalaşdırılması vətəndaşların haqlı narazılığına səbəb olub. Qinosyan bildirib ki, Ermənistanda mədəniyyət, təhsil sahələrindən tutmuş televiziya sferalarına qədər hər bir sahədə vəziyyət iflasa uğrayıb, iqtisadi-maliyyə, sosial sahədə isə vəziyyət faciəlidir: «İndiki anda biz anlamalıyıq ki, seçkidə xalq hakimiyyətin əleyhinə səs verib. Yaranan situasiyanın məsuliyyəti müxalifətin yox, hakimiyyətin boynuna düşür». Qeyd edək ki, «Panorama.am» saytının yaydığı məlumata görə, Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan bildirib ki, R.Ovannisyan S.Sərkisyanın rəsmi dəvətini rədd edib: «Prezident Aparatının rəhbəri Raffi Ovannisyana zəng edərək onu rəsmi şəkildə görüşə dəvət etdi, lakin təəssüf ki, Raffi Ovannisyan bu təklifi qəbul etmədiyini bildirdi. Biz ümid edirik ki, o, situasiyanı düzgün qiymətləndirir və dialoqa dəvəti rədd etməyin təhlükələrini anlayır». Qeyd edək ki, R.Ovannisyan martın 10-da keçirilən mitinqdə bəyan edib ki, S. Sərkisyanla onun iqamətgahında görüşmək fikrində deyil: “O nəsə demək istəyirsə, qoy bu meydana gəlsin”.
ANAR




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info