Göyçayda bağ və əkin sahələri genişlənib
Tarix: 14.07.2016 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Göyçay rayonunda fermerlər son illər bitkiçilik və meyvəçiliyin inkişafına böyük maraq göstərirlər.Rayon icra hakimiyyətindən bildiriblər ki, bu il rayonda 21 min 200 hektar sahədə yazlıq və payızlıq bitkilər əkilib. Bu da əvvəlki ildəkindən 1830 hektar çoxdur. Torpaq mülkiyyətçiləri bu il 13 min 880 hektar sahədən 37 min 67 ton taxıl toplayıblar. Bundan əlavə, cari ildə rayonda 1071 hektar sahədə tərəvəz, 157 hektar sahədə kartof, 200 hektar sahədə pambıq, 132 hektar sahədə qarğıdalı, 5 min 728 hektar sahədə yonca və 80 hektar sahədə bostan bitkiləri əkilib.Sahibkarlar bol məhsul yetişdirmək üçün bitkilərə aqrotexniki xidmət göstəriblər. Bu günədək rayonda 1871 ton kartof, 13 min 359 ton tərəvəz, qış fəsli üçün 12 min ton quru ot tədarük olunub. Mütəxəssislər ötən illə müqayisədə cari ildə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını bildiriblər. Həmçinin göyçaylı bağbanlar cari ildə 505 hektar sahədə yeni meyvə bağı salıblar. Rayonda bar verən 6019 hektar meyvə bağından bu günədək 2090 ton məhsul tədarük olunub. Rayonun kümçüləri bu il ilk dəfə olaraq sifariş əsasında götürdükləri 475 qram ipək qurdunu yetişdirərək 1130 kiloqram barama istehsal ediblər.Hazırda rayonda pambıq, bostan və tərəvəz əkini sahələrinə, meyvə bağlarına qulluqla yanaşı, kənd təsərrüfatı məhsullarının yığımı da davam edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info