Məktəblilərin “Sərhədçi” yay düşərgəsi təşkil olunub
Tarix: 14.07.2016 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti gənclərin Vətənə məhəbbət, оnun sərhədlərinə hörmət ruhundа tərbiyə olunması, sərhədçi pеşəsinə mаrаğın daha da аrtırılması məqsədi ilə müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir. Özünəməxsus xüsusiyyətləri ilə seçilən, keçirilmə qaydaları və metodları ilə fərqlənən "Sərhəd" hərbi-idman oyunları, məktəbli gənclər arasında ölkəmizin sərhəd mühafizəsinə həsr olunmuş inşa yazı və bədii yaradıcılıq müsabiqələri, Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissə və bölmələrinə ekskursiyalar zamanı gənclərə sərhədlərimizin mühafizəsi işinin təşkili, sərhədçi pеşəsinin xüsusiyyətləri bаrədə ətraflı məlumаtlаr vеrilir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasında, Xüsusi məktəbində təhsil almaq və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlərin sayı ildən-ilə artır.
Sərhədlərimizin mühafizə olunmasının əhəmiyyətinin daha dərindən dərk edilməsi, məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi pеşəsinə hörmət ruhundа tərbiyə olunması məqsədi ilə Dövlət Sərhəd Xidmətində yeni layihənin həyata keçirilməsinə başlanılıb. Belə ki, Bakı şəhərinin Nəsimi rayonundakı orta məktəblərin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunub.
İyul ayının 13-də məktəblilər ümummilli lider Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobuslarla Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşüblər. Həmin gün “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” yay düşərgəsinin açılış mərasimi keçirilib. Mərasimdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb, qeyd edilib ki, sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarətdir.
Açılış mərasimində bildirilib ki, məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanıb. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlər keçiriləcək, Azərbaycan filmləri nümayiş etdiriləcək, Qəbələ rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunacaq.
Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, AK-74 və RPK-74 silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli edəcək.
Açılış mərasiminin sonunda hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının və “Sərhədçi” vokal-instrumental ansamblının iştirakı ilə maraqlı konsert proqramı nümayiş olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info