Fomenkov: “Serjik, səni Müəmmər Qəzzafinin aqibəti gözləyir”
Tarix: 14.07.2016 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Dünya inandıra bilməsə, o zaman Azərbaycan tankları Qarabağ ermənilərini inandıracaq ki, Ermənistandan qovulmuş azərbaycanlılar öz yerlərinə qayıtsınlar.
Bu sözləri Aleksandr Fomenkov Sərkisyanın “bütün dünya da yığışsa, Qarabağ ermənilərini azərbaycanlılarla çiyin-çiyinə yaşamağa məcbur edə bilməz” fikirlərinə münasibət bildirərkən deyib:
“Əgər, ümumiyyətlə, İrəvan xanlığını itirmək istəmirsinizsə, bunu qəbul etməyə məcbursunuz. Əks halda sizi əsl müharibə gözləyir - böyük əksəriyyəti türklərdən ibarət olan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı, NATO və Türkiyənin iştirakı ilə.
Ümid edirik ki, məsələ bu həddə gəlib çıxmayacaq. Serjik, səni Müəmmər Qəzzafinin aqibəti gözləyir.
Əks halda səni, Putinin təbiri ilə desək, öz ermənilərin Kremlin ayaqyolusunda tapacaqlar. Ona görə yox ki, onlar səninlə razı deyillər, ona görə ki, beynəlxalq erməniçiliyin günahini kiminsə boynuna yükləmək lazımdır.
Ardınca da, arxayın ol ki, Robik də gələcək (Robert Köçəryan. - Red.). Onun həyasız gülüşünü Heydər Əliyev axirətdə də bağışlamayacaq. 
Roma Papasi səni və Robiki Romadakı ayaqyoluna belə buraxmaz. Çünki o, qoxuya həssas adamdır. Sizdən isə artıq cəsəd iyi gəlir”.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Livanın “Əl-Mayadin” telekanalına müsahibəsində Qarabağ ermənilərinin heç vaxt azərbaycanlılarla bir yerdə yaşamayacağını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info