“Avropa Birliyinin qaçqınlar üçün planı qaçqın hüquqlarına xəyanətdir”
Tarix: 14.07.2016 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


The Guardian”: “Bu plan qaçqınların Avropadan gəldikləri yerə qovulmasını daha da asanlaşdıracaq”


Avropa Birliyində bir çox problemlərlə bərabər, miqrant böhranı da olduqca aktual və başağrıdıcıdır. Çünki miqrantların Avropaya gəlməsini azaltmağa və əngəlləməyə çalışan AB rəsmiləri hələ ki bunun üçün effektiv üsul fikirləşib tapa bilməyiblər. Halbuki Avropa rəsmiləri qaçqınların yerləşdirilməsi üçün ümumi Avropa Birliyi sisteminin yaradılması planını tamamlayıblar. Bu barədə Böyük Britaniyanın “The Guardian” media qurumu yazır. Bildirilir ki, bir çoxları bunu Avropa miqrant böhranının həlli üçün bir vasitə kimi görür: “Amma digərləri belə hesab edir ki, bu, qaçqın haqlarına xəyanətdir”.
Rəsmilər təklif ediblər ki, yarlmstandartlaşmış sistem yaratsınlar və bununla da qaçqınlar, yaxud sığınacaq axtaranlar yerləşdikləri bütün ölkələrdə adekvat davranışla qarşılansınlar. 2015-ci ildə bir milyondan çox insanın Avropaya gəlməsi, qitənin müxtəlif sığınacaqvermə prosedurlarını qarşı-qarşıya qoyub. Buna görə də ümumi standartların yaradılması aktuallaşıb. O da qeyd edilir ki, plan, həm də qaçqınlarla bağlı ümumi Avropa siyasəti yaradılmasını nəzərdə tutur.

“Amnesty International”ın Avropa üzrə direktoru John Dalhuisen bildirib ki, bu plan qaçqınların Avropaya gəlişini azaltmaq, ixtisara salmaq üçündür: “Onlar gözəl sözlər işlədirlər, amma bu sözlər, yalnız utanmaz niyyətləri maskalamaq üçündür”

AB miqrasiya komissarı Dimitris Avramopoulos bildirib ki, planda əksini tapan təkliflər miqrasiyanı leqallaşdırmaq və miqrantların təklükəsizliyini qorumaq baxımından böyük işdir. Amma digər Avropa rəsmiləri və insan haqları təmsilçiləri bu planı kəskin tənqid ediblər.Onlar deyirlər ki, bu plan gələcəkdə Avropadakı təhlükəsiz yerlərdə daha az qaçqının olmasına aparır. Bundan başqa, bu plan qaçqınların Avropadan gəldikləri yerə qovulmasını daha da asanlaşdıracaq. Hazırkı kontekstdə bu plan, daha çox adamın Yunanıstandan çıxarılıb, Türkiyəyə göndərilməsini nəzərdə tutur. Halbuki Yunanıstanın özü iddia edib ki, “Türkiyə bir sıra qaçqınlar üçün təhlükəsiz yer deyil”.
“Amnesty International”ın Avropa üzrə direktoru John Dalhuisen bildirib ki, bu plan qlobal olaraq qaçqınların qorunması və mənafeyi üçün yox, sadəcə, onların Avropaya gəlişini azaltmaq, ixtisara salmaq üçündür: “Onlar gözəl sözlər işlədirlər, amma bu sözlər, yalnız utanmaz niyyətləri maskalamaq üçündür”.
Avropa Parlamentinin plan üzrə məruzəçisi Malin Björk isə buradakı təklifləri biabırçı adlandırıb. İsveçli siyasətçi deyib: “Bir parlament məruzəçisi kimi, mən bu sənədin işə keçməsini saxlamaq üçün əlimdən gələni edeəcəyəm”.
Həmçinin digərləri də bu planı və onun təklif etdiyi sistemi “qaçqın hüquqlarına xəyanət” hesab ediblər.

İlkin AĞAYEV









 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir
23.02.2019
Venesuela Kolumbiya ilə sərhədi bağladı
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info