Ticarət dövriyyəsi 10 milyard dollara çata bilər
Tarix: 11.03.2013 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Türkiyənin metal sənayesi üzrə iş adamları Azərbaycanın metal
yataqları ilə zəngin olan bölgəsinə investisiya yatıra bilərlər.


Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri sürətlə inkişaf etməkdədir və yaxın illərdə bu rəqəmin 10 mlrd. dollara çatdırılması planlaşdırılır.
Bunu Gəncədə “Regional inkişaf: strateji hədəflər və perspektivlər” mövzusunda təşkil edilən beynəlxalq elmi-praktik konfransda iştirak edən Türkiyənin iqtisadi inkişaf nazirinin müavini Mehmed Ceylan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan Türkiyədə investisiya qoyaraq bir sıra önəmli və böyük layihələr həyata keçirir: “Azərbaycanla Türkiyə arasında işbirliyinin hansı səviyyədə olduğunu görmək üçün bir dəfəyə 5 mlrd. dollarlıq sərmayə ilə tikilən Neft Emalı Zavodunu misal çəkə bilərik”. M.Ceylan türkiyəli iş adamlarının Azərbaycanda böyük layihələr həyata keçirməkdə maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, dünyada 8-ci, Avropada isə 2-ci yerdə olan Türkiyənin metal sənayesi üzrə iş adamları Azərbaycanda, xüsusən metal yataqları olan qərb bölgəsində investisiya yatıraraq layihələr həyata keçirə bilərlər. Regionların inkişafı üzrə fikir mübadiləsi aparılan tədbirdə Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info