Xəzər dənizində ölkəmizin iqtisadi təhlükəsizliyi qorunur
Tarix: 14.07.2016 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Gömrük orqanları hava, quru sərhədləri ilə yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda da ölkəmizin iqtisadi mənafelərinin qorunması, hüquqpozma hallarının qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Potensial risklərin, təhlükələrin aşkar edilməsi və qarşısının alınması məqsədilə Xəzərin Azərbaycan sektorunda təşkil edilən keşikçəkmə fəaliyyəti gömrük qanunvericiliyinə və dəniz hüququna uyğun olaraq Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi tərəfindən həyata keçirilir. 
Komitədən verilən məlumata görə, bu məqsədlə idarənin sərəncamında olan qayıqlar ən müasir avadanlıqlarla-gecə görmə müşahidə kameraları (cihazları), elektron xəritə və digər zəruri ləvazimatlarla təmin olunub. Gömrük idarəsinin marşrut tapşırıq sənədinə uyğun olaraq gömrük əməkdaşları Xəzər dənizinin Azərbaycan sektorunun 3 istiqamətində - şimal, mərkəz və cənub istiqamətlərində keşikçəkmə-patrulluq fəaliyyətini həyata keçirir, müşahidələr aparır. Gömrük məqsədləri baxımından baş verən hallar və məlumatlar təhlil olunaraq gömrük nəzarəti tədbirləri müəyyən edilir. Hər bir keşikçəkmənin nəticəsi üzrə hesabatlar hazırlanaraq növbəti keşikçəkmə müddətində şəraitə uyğun olaraq istifadə olunur. Hesabatlar hüquqpozma hallarının, risklərin müəyyən edilməsi və qarşısının alınması üçün mühüm məlumat mənbəyidir. 
Dənizdə fəaliyyət göstərən gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına da xüsusi diqqət yetirilir. Hazırda Xəzər dənizində gömrük işinin təşkilində bilavasitə iştirak edən gömrükçülər xüsusi təlimlər keçib və müvafiq sertifikatlara yiyələniblər. 
Hava və quru sərhədlərində olduğu kimi, Xəzər dənizinin Azərbaycan sektorunda da  ölkəmizin iqtisadi təhlükəsizliyinin, gömrük sahəsində hüquqpozma hallarının qarşısının alınması üçün bütün zəruri tədbirlər həyata keçirilir və bu istiqamətdə görülən işlər davamlı olaraq inkişaf etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info