Rusiya nefti gələcəkdə Çin şirkətləri üçün cəlbedici olacaq
Tarix: 14.07.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Son üç ayda Rusiya Çinə ixrac etdiyi neftin həcmini xeyli artıraraq Səudiyyə Ərəbistanını geridə qoyub. Əl-Riyad isə cavabında Asiya ölkələri üçün neftin qiymətini aşağı salacağını bəyan edib. “Reuters.com” xəbər verir ki, Səudiyyə Ərəbistanı Asiya bazarı uğrunda Rusiya ilə neft müharibəsinə hazırlaşır. İyunun sonuna olan məlumatlara əsasən, bu ilin mayında Rusiya Çinə əsas xam neft istehlakçısı hesab olunan Səudiyyə Ərəbistanını xeyli qabaqlayıb. Mayda Rusiya Çinə sutkada 1,24 milyon barrel, Səudiyyə Ərəbistanı isə 961 min barrel neft ixrac edib.Çin ekspertlərinin fikrincə, Rusiya nefti gələcəkdə Çin şirkətləri üçün cəlbedici olacaq. Çünki neftin nəqli ilə bağlı Rusiya şirkətlərinin irəli sürdüyü təkliflər daha real təsir bağışlayır.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının rəsmiləri Asiya və Amerika bazarı üçün neftin qiymətində güzəştlər ediləcəyini bəyan ediblər.
“Amerikan Thinker” jurnalının ekspertləri isə hesab edirlər ki, Səudiyyə Ərəbistanının bu qərarı Asiya bazarı uğrunda nəinki Rusiya ilə, hətta onunla eyni keyfiyyətdə və oxşar çeşiddə neft istehsalçısı olan Birləşmiş Ərəb Əmirlikləri ilə rəqabətin də kəskinləşməsinə gətirib çıxara bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info