Naxçıvanda 226 məhdud fiziki imkanlı şəxs xaricə müalicəyə göndərilib
Tarix: 14.07.2016 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Muxtar respublikada bu günədək 226 məhdud fiziki imkanlı şəxsin xarici ölkələrdə müalicəsi təşkil olunub. Həyata keçirilən tədbirlərin davamı olaraq sağlamlıq imkanları məhdud 5 uşaq valideynlərinin müşayiəti ilə fizioterapevtik müalicə almaq üçün Naxçıvandan Türkiyənin Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzinə göndərilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanından uşaqları muxtar respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, valideynlər və onların yaxınları yola salıblar.
Hava limanında müalicəyə yola düşən uşaqlarla və onların valideynləri ilə həmsöhbət olduq. Türkiyəyə övladı Qasımı və həyat yoldaşı Sülhiyyə xanımı yola salmağa gələn Naxçıvan şəhər sakini Tural Xəlilov dedi ki, 4 yaşlı oğlunun xarici ölkəyə müalicəyə göndərilməsinə görə çox sevinir. Ona görə sevinir ki, övladı Nobel Tibb Mərkəzində ənənəvi və ən müasir metodlarla fizioterapiya müalicəsi alacaq, bu kurs oğlunun səhhətində müsbətə doğru dəyişikliklər yaradacaq. O, bu işlərin təşkilatçılarına minnətdarlığını bildirib.
Balaca Qasım Xəlilovu müalicəyə yola salanlar arasında nənələri Naibə Xəlilova və Xanım İmanova da vardı. Hər iki nənənin arzusu nəvələrinin yaxşı müalicə alması, səhhətinin yaxşılaşmasıdır: “Arzu edirik ki, nəvəmizi bu müalicədən sonra əl arabasında yox, əlindən tutub evə gətirək. Bir də Allah dövlətimizin bayrağını uca eləsin. Bizim üçün zərrə qədər də olsa ümid işığı yanıbsa, bu, dövlətimizin sayəsindədir. Sağ olsunlar, var olsunlar!”
Muxtar respublikanın Ordubad rayonunun Nüsnüs kəndindən olan Tutu İsmayılova da ürək sözlərini, övladı üçün arzularını, minnətdarlıq hisslərini bizimlə bölüşdü. Dedi ki, məktəbin ikinci sinfində oxuyan Mikayılın sol qolunda pleksit (sinir iltihabı) var, qolunu istədiyi kimi hərəkət etdirə bilmir. Bundan əvvəl onlar Batumi şəhərində olublar. Ancaq o, Türkiyə Respublikasının Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzində aparılacaq müalicə kursundan çox şey gözləyir: “İnanıram ki, övladımın qolunda bu müalicə kursundan sonra əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə edəcəyik. Övladımın səhhətinə qovuşması üçün yaradılan bu imkana görə çox minnətdaram.”
Nobel Tibb Mərkəzinə müalicə alacaq olan sağlamlıq imkanları məhdud uşaqlar 20 gün sonra Vətənə qayıdacaqlar.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info