Metronun “Neftçilər“ stansiyasının qarşısındakı yolda hərəkət bərpa olunur
Tarix: 14.07.2016 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) bu gün axşam saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.Bu barədə  “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.Sözügedən hissədə hazırda son tamamlanma işləri aparılır. İşlər bitən kimi metronun “Neftçilər” stansiyasının qarşısındakı hissə istifadəyə veriləcək.
Həmçinin prospektin Şirin Mirzəyev (Q.Qarayev metrosu) və Rüstəm Rüstəmov (Neftçilər metrosu) küçələri arasında yerləşən uzunluğu 750 metr, eni isə 12 metr olan köməkçi yolda təmir işlərinə də başlanılacaq. Buna görə köməkçi yol iyulun15-dən etibarən qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.
Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 24 metrdir. İndiyədək prospektin Ş.Mirzəyev və R.Rüstəmov küçələri arasında yerləşən təqribən 1,2 kilometrlik hissəsi yüksək səviyyədə təmir edilib. Burada ikiqat olmaqla 30 min kvadratmetr sahədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bundan başqa, piyada səkiləri bərpa olunaraq asfaltlanıb, yol boyu yeni səki daşları düzülüb, avtobuslar üçün cibli dayanacaqlar tikilib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilərək yağış barmaqlıqları yenisi ilə əvəzlənib, bir metr enində yeni yol ayrıcı tikilib, zəruri olan yerlərə yol nişanları qoyulub və piyada zolaqları salınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Qadın sahibkarlara verilən kreditlər hesabına 8500-dən çox iş yeri yaradılacaq
21.01.2019
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək
21.01.2019
Nazir: Çexiya şirkətləri Bakı-Tbilisi-Qars ilə yükdaşımalara maraq göstərir
21.01.2019
TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 760 kilometrdən çoxu qaynaqlanıb
21.01.2019
Bu vaxtadək 4200 qadın sahibkara 104 milyon manat güzəştli kredit verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info