Qubada zona müşavirəsi
Tarix: 15.07.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Dünən heyvandarlıq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılmasının daha səmərəli təşkili məqsədi ilə Quba rayonunda zona müşavirəsi keçirilib.
Zona müşavirəsində zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və digər aktual məsələlər müzakirə olunub. Müşavirədə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının heyvandarlıqla məşğul olan fermerləri, süni mayalandırma mütəxəssisləri iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyi aparatının heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. Heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, yem istehsalının tələbata uyğun təşkili, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalar, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verib. Müşavirədə seleksiya-damazlıq işlərinin təşkili, möhkəm yem bazasının yaradılması yolları və heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinə dair təqdimatlar və çıxışlar olub. Daha sonra fermerləri və mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Zona müşavirəsi çərçivəsində Quba rayonunun Zizik kəndində qaramalın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təbliğatı ilə əlaqədar ailə-kəndli təsərrüfatında süni mayalandırma aparılıb. Ailə-kəndli və fermer təsərrüfatı sahiblərinə süni mayalandırmanın üstünlükləri barədə zəruri məlumatlar verilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info