Valideynlər qayğıdan razıdırlar
Tarix: 15.07.2016 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 25 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən biri ilə bərabər Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınan uşaqların valideynləri Prezident İlham Əliyevin uşaqların sosial müdafiəsinə, habelə sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasına diqqət və qayğısından razılıqla bəhs ediblər. Onlar övladlarının xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin cari ildə də uğurla davam etdirildiyini bildirib: “Cari ilin ötən dövründə bu təbəqələrdən olan 105 nəfərin, o cümlədən 70 nəfər əlilliyi olan şəxsin və 35 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Hazırda göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz hoteldə yerləşdiriləcəklər. Orada peşəkar həkim-reabilitoloqlar tərəfindən həmin bölgənin təbii müalicəvi resurslarından istifadə edilməklə uşaqlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb olunacaqlar. Bununla yanaşı, orada olduqları müddətdə həmin uşaqları müşaiyət edən valideynlərin də ilk dəfə olaraq reabilitasiya tədbirlərinə cəlb olunması təmin ediləcək”.
S.Abdullayev bu ilin ilk yarımilində nazirlikdəki müvafiq Komissiyanın qərarları əsasında müraciətlərinə uyğun olaraq, 40 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın ölkə daxilində və xaricdə müalicəsinə müvafiq köməklik göstərildiyini də bildirib: “Eyni zamanda, uşaqların sosial təminatı yönündə də məqsədyönlü işlər aparılır. Hazırda sağlamlıq imkanları məhdud uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, müharibə əlillərinin uşaqları, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər təbəqələrdən olan uşaqlar sosial müavinət sistemi ilə əhatə olunublar. Bu müavinətlərin də mütəmadi olaraq artırılması təmin edilir”.
Şöbə müdiri, həmçinin nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 1500-dən çox uşağın reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edildiklərini diqqətə çatdırıb. O, nazirliyin ayrı-ayrı bərpa mərkəzləri kimi, Bakı şəhərindəki Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun şəraitin yaradılması işlərinin aparıldığını bildirib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Nə qədər istəyirsən ye, kökəltmir - XURMA
27.05.2019
Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
25.05.2019
Tibb Universitetində keçirilən aksiyada 50-yə yaxın xəstə müayinə olunub
24.05.2019
Gözlərimizin nurunu alan qidalar
24.05.2019
Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
2 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
3 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
4 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info