Putin niyə “Brexit“dən məmnundur?
Tarix: 15.07.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


“Britaniyalıların "Brexit" (Avropa Birliyindən çıxmaq - A.B) qərarı bu ölkənin qabiliyyətini şübhə altına alır. Avropa Birliyi isə hələ ki, beynəlxalq aləmdəki nüfuzunu qorumaqda davam edir”. Bu fikirləri «The New York Times» nəşrinə açıqlamasında «Russia Studies Center» araşdırmalar mərkəzinin direktoru Endrö Foksoll bildirib.
Onun sözlərinə görə, vəziyyətin çıxılmaz olduğunu Rusiya prezidenti Vladimir Putin də gözəl başa düşür: “Putin fəaliyyətinin son 16 ilini Qərbdə sabitliyin pozulmasına həsr edib”,- deyən müəllifin fikrincə, Rusiya prezidentinin ümdə vəzifəsi Avropa Birliyini dağıtmağa hesablanmışdı: “Artıq birlik çökməkdədir. Putinin 16 ildə edə bilmədiyini britaniyalılar "Brexit"ə səs verməklə bir günün içində həyata keçirdilər”.
Beləliklə, Avropa Birliyi Rusiyaya qarşı qadağalarda ən enerjili tərəfdaşlarından birini itirdi. Bu günlərdə Rusiyaya qarşı qadağaların daha 6 ay uzadılması barədə Avropa Birliyi ölkələri tərəfindən yeni qərar qəbul edilib. Lakin belə görünür ki, artıq Brüssel də belə bir addım atmaqdan yorulub.
Bütün bunlarla yanaşı, "Brexit"in yaxın zamanlarda Avropada «domino effekti» yarada biləcəyi qorxusu da ehtimal ediləndir. Müəllifin fikrincə, Putin bunu yaxşı anlayır və buna görə bu istiqamətdə Qərbin avroskeptik təşkilatlarına maliyyə yardımı göstərməyə çalışır.
Hazırda Şotlandiya və Şimali İrlandiyanın böyük partiyaları Birləşmiş Krallığın tərkibindən çıxmaq üçün referendum keçirməyi tələb edirlər: “Təbii ki, bu ölkələr tələblərində iddialı olacaqları təqdirdə, Rusiyanın ingilisdilli “RT” telekanalı hər iki dövlətin addımına dəyər verərək bu kampaniyanı geniş müzakirə obyektinə çevirəcək», -deyən müəllif Avropa Birliyinin Qərbin hərbi strukturunun və arxitektura təhlükəsizliyinin əsas elementlərindən biri olduğunu da xatırladır: “2014-cü ildə Putin Ukraynanı ilhaq etməklə, Avropa Birliyinin genişlənməsinin qarşısını aldı. İndi isə qitənin təhlükəsizlik strukturu çətinliklə üz-üzədir”.
Müəllifə görə, hazırda Putin Rusiyada avtokratik qayda bərpa edib. O, bununla yanaşı, NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını da ala bilib. Bütün bunlarla yanaşı, Rusiya keçmiş Sovetlər Birliyinin Yaxın Şərq ölkələrindəki nüfuzunu bərpa etməyə çalışaraq, Rusiyanın onlara təsir gücünü genişləndirib. Belə görünür ki, Britaniyanın "Brexit" qərarından sonra Avropa Birliyi zəifləsə də, Rusiya daha güclü nəzərə çarpmaqdadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info