“Bazası imkan verən məktəblərdə məktəbəhazırlıq kursları təşkil ediləcək”
Tarix: 15.07.2016 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


"Azərbaycanın orta məktəblərində məktəbəhazırlıq qruplarının təşkili nəticəsində uşaqların dünyagörüşü dəyişəcək". Təhsil naziri Mikayıl Cabbarov deyib ki, buna marağın yüksək olması gözlənilir. Bu qruplara qəbulun tamamilə könüllü olduğunu deyən M.Cabbarov vurğulayıb ki, istənilən valideyn övladının məktəbəqədər hazırlığa cəlb olunmasına qərar verə bilər:
“Bunun üçün hər bir şərait yaradılacaq. Məktəbəqədər təhsil ölkənin orta və uzunmüddətli inkişafına təsir edən ən vacib təhsil pilləsidir. "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəqədər təhsillə bağlı hazırlığın səviyyəsinin qeyri-qənaətbəxş olması qeyd edilir və məqsəd kimi qarşıya qoyulur ki, məktəbəqədər təhsillə əhatə ölkə üzrə 90 faizə çatdırılsın. Hazırda bu göstərici 20 faizdən aşağıdır”. M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyi iki il əvvəl pullu məktəbəqədər hazırlıq kurslarını yaratmağa başlayıb. Onun sözlərinə görə, kursların pullu olmasının səbəbi dövlət büdcəsində məktəbəqədər hazırlıq üçün Təhsil Nazirliyinə hər hansı vəsaitin ayrılmaması olub: “Çünki uşaq bağçaları yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir. Bu layihə iki il ərzində uğurla icra olunub və minlərlə uşaq bu kurslara cəlb edilib. Bu, həmin uşağın gələcək təhsil göstəricilərinə birbaşa təsir göstərir. Belə bir vəziyyəti müşahidə edərək Təhsil Nazirliyi və Maliyyə Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırdı ki, praktika bütün ölkə üzrə tədbiq edilsin. Bu, gələcəkdə ödənişli əsaslarla olmayacaq, dövlət büdcəsi hesabına hər bir vətəndaş üçün belə imkan yaradacaq. Maddi-texniki bazası imkan verən məktəblərdə məktəbə hazırlıq kursları təşkil ediləcək”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Bakıda Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik
19.06.2019
Hərbi qulluqçuların maaşlarının artırılması hərbiçilərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
19.06.2019
Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19.06.2019
“Sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir”
19.06.2019
Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info