Doğum haqqında şəhadətnamənin verilməsi elektronlaşdırılır
Tarix: 11.03.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin 2015-ci ilə qədər nəzərdə tutulan tədbirlər planında “Elektron resept” sisteminin tətbiqi planlaşdırılır. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə deyib ki, bu sistemin tətbiqi həm elektron səhiyyənin inkişafına, həm də ölkədə qeyri-qanuni satılan dərman preparatlarının satışdan çıxarılmasına yönəlib:
“Lakin bu sistemin yaradılması o qədər də asan məsələ deyil. Bu işdə xəstəxanaların, apteklərin, sığorta şirkətlərinin və xəstələrin rolunu nəzərə almaq lazımdır. Bunların hamısının bir sistemdə cəmləşdirilməsi və komplektləşdirilməsi isə müəyyən qədər vaxt tələb edən sistemdir. Hazırda “elektron resept” sistemi ilə əlaqədar araşdırmalar aparılır və yalnız müəyyən nəticələr əldə edildikdən sonra konkret addımlar atılacaq”. C.Əsədzadə qeyd edib ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində Nazirlər Kabineti tərəfindən Səhiyyə Nazirliyinə aid edilən 38 elektron xidmət növündən 25-nin hazırlanaraq mərhələ-mərhələ vətəndaşların ixtiyarına verilməsi nəzərdə tutulub: “Hazırda ambulator xidmət göstərən tibb müəssisələrindən həkimlərin evə çağırışı və həkim qəbuluna elektron yazılma xidmətinin hazırlıq prosesi yekun mərhələdədir. Həmçinin tibbi arayışların və ümumi reyestrdən doğum haqqında şəhadətnamənin verilməsi kimi tibbi xidmətlər də elektronlaşdırılır”.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info