İçməli su layihələrinin icrası davam etdirilir
Tarix: 15.07.2016 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Anar Cəbrayıllı:
“Bu il 7 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin yekunlaşdırılması planlaşdırrılıb”

Bu gün qlobal problemlərin arasında ən vacibi su məsələsi hesab olunmalıdır. Çünki su insan yaşayışı üçün ən əsas iki komponentdən biridir. Məhz bu baxımdan Azərbaycanda da istehlakçılara göstərilən içməli su təchizatı xidmətlərinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda su təchizatı ilə bağlı bir sıra vacib layihələr icra edilib və icra edilməkdədir. Ümumiyyətlə,dövlət səviyyəsində bu məsələ daimi diqqət mərkəzindədir.
Dövlət başçısı tərəfindən qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ ilə bağlı bir daha öz tapşırıqlarını verib: “İçməli su layihələrinin icrası bütün ölkəmizdə aparılır. Bir çox rayonlarda artıq bu, həll olunub. Hər bir rayon mərkəzində içməli su və kanalizasiya layihəsi tam icra edilməlidir”.
Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) nəinki Bakıda, eyni zamanda respublikamızın bütün bölgələrində su layihələrini icra edir. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bizimlə söhbətində dedi ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımadası daxil olmaqla Azərbaycanın əksər bölgələrində əhaliyə qüvvədə olan standartlara uyğun içməli su verilir: “Azərbaycan Respublikasında istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir. 2874-82 saylı DÜST standartına müvafiq olaraq içməli suyun 35-dən çox - orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji göstəriciləri öyrənilir. Hazırda mənbələrdən götürülən sular DÜST 2874-82 saylı "İçməli su" standartına cavab verən səviyyədə emal olunaraq istehlakçıların istifadəsinə verilir.Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançaysutəmizləyici qurğuları) verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur”.
“Azərsu” rəsmisi dedi ki, Abşeron yarımadasına verilən içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif mərhələlərdə periodik nəzarət olunur: “İçməli suyun keyfiyyətinə nəzarət su mənbələrində aparılan laborator analizlərlə başlanır. İçməli su şəbəkəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən ciddi şəkildə analiz olunur və nəticələr Mərkəzi Laboratoriyada qeydiyyata alınır. Bakı şəhəri və Abşeron yarımadası üzrə 2000-ə yaxın nöqtədən (mərkəzi və məhəllədaxili anbarlar, məktəblər, bağçalar, xəstəxanalar, ictimai iaşə obyektləri və s.) götürülür. Mərkəzləşmiş su təchizatı sistemində epidemioloji dövlət nəzarətini Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi yerinə yetirir. Su nümunələrinin analizlərinin nəticələri qeyri-məqbul hesab edildikdə "Azərsu" ASC-nin müvafiq şöbəsinə məlumat verilir və içməli suyun verilməsi dayandırılır. İçməli suyun keyfiyyətinə xələl gətirəcək səbəblər aradan qaldırılır. Yenidən dezinfeksiya və təmizlənmə işləri aparıldıqdan sonra içməli suyun bir daha analizi aparılır. Yalnız analizlərin nəticələri müsbət olduğu halda, içməli suyun şəbəkəyə verilməsi bərpa olunur”.
A.Cəbrayıllı bildirdi ki, son dövrlər Azərbaycanın 43 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası həyata keçirilib: “Artıq onların 23-də su təchizatı sistemlərinin yenidən qurulması başa çatıb, 10 şəhərə yeni mənbələrdən suyun verilməsinə başlanılıb.
15 şəhərdə həm su, həm də kanalizasiya şəbəkələrinin qurulması tam başa çatıb. 8-də isə su təchizatı işi tamamlanıb”.
O, 2016-cı ildə7 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərini yekunlaşdırmağı planlaşdırdıqlarını bildirdi: “Eyni zamanda Ağcabədi, Qazax və Xırdalanda bu istiqamətdə işlərə başlamağı planlayırq. Bu işlər də Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və Səudiyyə İnkişaf Fondunun kreditləri hesabına aparılacaq. Bununla da iş gördüyümüz şəhərlərin sayı 46 olacaq. Ancaq gələcəkdə planımızda var ki, Salyan, Netfçala, Yevlax, Balakən, Tərtər və Samuxda da su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərini həyata keçirək. Bunların da maliyyə mənbələri müəyyən olunandan sonra işlərə başlayacağıq”.
A.Cəbrayıllı “Azərsu” ASC-nin kəndlərdə də su təchizatı ilə bağlı gördüyü işlərdən danşdı: “Son 10 ildə “Azərsu” ASC tərəfindən 300-ə yaxın kəndə su təchizatı sisteminin yaxşılaşdırılması, yaradılması və yaxud yenidən qurulması istiqamətində işlər görülüb. Biz 2016-cı ildə Balakənin Hənifə kəndində subartezan quyusu istismara vermişik. Hal-hazırda İsmayıllı, Yardımlı, Ağsu, Cəbrayıl, Ağcabədi, Masallı rayonlarının kənd və qəsəbələrində bu istiqamətdə işlər davam etdirilir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info