Ünvanlı sosial yardımın təyin edilməsi prosesi şəffaf olmalıdır
Tarix: 11.03.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Son illərdə müvafiq dövlət qurumları tərəfindən ünvanlı sosial yardımın təyin edilməsi və verilməsi sahəsində xidmət səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Buraya müraciət mexanizmlərinin effektivləşdirilməsi və şəffaflaşdırılması, korrupsiya hallarına yol verən işçilərin cəzalandırılması və s. məsələlər daxildir.
Amma bununla belə, bu sahədə müəyyən çatışmazlıqlar qalmaqdadır. Ötən gün “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə sosial təminat sahəsində ünvanlı sosial yardımın rolu və bu istiqamətdə qarşıya çıxan problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə dəyirmi masa keçirib. Tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunur. Dəyirmi masada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd ünvanlı sosial yardımın təyin edilməsi prosesinin şəffaflaşdırılması istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, korrupsiyaya şərait yarada biləcək halları ən aza endirmək və eyni zamanda bu sahədə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaqdır.
Dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Orxan İsgəndərov əhalinin sosial təminatının artırılmasında ünvanlı sosial yardımın rolundan danışıb. Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Müzəffər Baxışov çıxış edərək ünvanlı sosial yardımın təyin olunmasında və paylanmasında qarşıya çıxan problemlər barədə söz açıblar. Tədbirin sonunda “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin əməkdaşı Kənan Qasımov vətəndaşlara ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətin keyfiyyətinin artırılması ilə bağlı ümumi tövsiyələrlə çıxış edib.
İştirakçılar hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, ünvanlı sosial yardım sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.
FUAD




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info