Daimi nümayəndəlik: “İşğalçı qüvvələr Azərbaycan ərazilərindən çıxarılmalıdır”
Tarix: 15.07.2016 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


“Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı nəticəsində yaranmış status-kvo qəbuledilməzdir. Azərbaycan ərazisinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəyə gətirib çıxarmayacaq. Vəziyyət təxirə salınmadan dəyişilməlidir”. 
Bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1108 saylı iclasında Avstriya xarici işlər naziri Sebastian Kurzun çıxışına cavab bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Vyana və Sankt-Peterburq şəhərlərində aparılan yüksək səviyyəli danışıqlar substantiv və məhsuldar olub:
“Azərbaycan ümid edir ki, görüşlərdə əldə edilmiş anlaşmalar qısa vaxtda yerinə yetiriləcək. Rusiya Federasiyasının təklif etdiyi mərhələli həll münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün yeganə mümkün seçimdir. Bu yanaşma BMT Təhkükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır vəATƏT-in qərarlarında, xüsusən də 1994-cü ilin Budapeşt sammitinin qərarında əksini tapıb. Qəbuledilməz status-kvonun dəyişməsi üçün işğalçı qüvvələr Azərbaycan ərazilərindən çıxarılmalıdır”. 
Bəyanatda ATƏT və üzv dövlətlərin münaqişənin həllinə töhfə verməsinin vacibliyi vurğulanıb, Minsk qrupuun tam tərkibdə bu işə cəlb olunmasının vacibliyi qeyd edilib. 
Bəyanatda qaçqın və məcburi köçkünlərə xüsusi diqqət yetirilməsinin lazım olduğu diqqətə çatdırılıb: “Qaçqın və məcburi köçkün problemlərinə, onların hüquqlarının bərpası üçün lazımi diqqətin göstərilməməsi bizi insan hüquqları ilə bağlı öhdəliklərdən uzaqlaşdırır. Növbəti sədrliyi vəziyyətin düzəldilməsi üçün imkanları nəzərdən keçirməyə çağırırıq”.
 Xatırladaq ki,  ATƏT Daimi Şurasının dünənki iclasında Avstriya xarici işlər naziri Sebastian Kurz ölkəsinin quruma sədrliyi dövründəki prioritetləri ilə bağlı çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsinin də prioritet məsələ olacağını bildirib.
Qeyd edək ki, Avstriya 2017-ci ilin yanvarında ATƏT-ə sədrliyini Almaniyadan təhvil alacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info