Ağdamda kənd təsərrüfatı məhsulları istehsalı artıb
Tarix: 15.07.2016 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda taxıl biçini başa çatıb.Rayon statistika idarəsindən bildiriblər ki, taxıl istehsalçıları 17 min 840 hektar sahədən 57 min 569 ton məhsul əldə ediblər. Məhsulun 48 min 403 tonu buğda, 9 min 166 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 32,3 sentner təşkil edir. Ötən illə müqayisədə taxıl istehsalı 1386 ton, məhsuldarlıq isə 0,5 sentner artıb.Rayonda digər kənd təsərrüfatı məhsullarının yığımı da davam edir. Belə ki, 452 hektarda kartof yığımını başa çatdıran fermerlər 7607 ton məhsul götürüblər. Bundan başqa, bu günədək 11 min 84 ton tərəvəz, 322 ton meyvə və giləmeyvə toplanıb.İlin birinci yarısında Ağdam rayonunda heyvandarlıq məhsullarının istehsalında artım müşahidə edilib. İribuynuzlu heyvanların sayı 1,9 faiz artaraq 40 min 125 başa, qoyun və keçilər 0,4 faiz artaraq 105 min 257 başa çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çox olmaqla 2088,5 ton ət, 2,8 faiz çox olmaqla 17021,1 ton süd, 0,5 faiz çox olmaqla 157,1 ton yun istehsal edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info