“Aslanduz” sərhəd-keçid məntəqəsi yenidən açılır
Tarix: 11.03.2013 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


İranla Azərbaycan sərhədində, Muğan (Parsabad)-Bəhramtəpə (İmişli) bölgəsində “Aslanduz” sərhəd-keçid məntəqəsi yenidən fəaliyyətə başlayacaq. “Arannews”un məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Nikzad bildirib.
Onun sözlərinə görə, “Aslanduz” sərhəd-keçid məntəqəsinin açılması İran-Azərbaycan münasibətlərinin səviyyəsinin yüksəlməsinə və sərhəd bölgəsində yaşayan əhalinin iqtisadi rifahına kömək edəcək: “Aslanduz” sərhəd-keçid məntəqəsinin açılması iki ölkə arasında münasibətlərin genişlənməsi ilə yanaşı, İranla Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına da təsir göstərəcək”. Ə.Nikzad həmçinin Parsabad və Biləsuvar şəhərlərinin “Araz” Azad İqtisadi Zonasına qoşulmasının zəruri olduğunu söyləyib: “Bu istiqamətdə müsbət addımlar atılıb. İki sərhəd şəhərinin “Araz” Azad Ticarət Zonasına qoşulmasından sonra bölgədə böyük iqtisadi inkişafın şahidi olacağıq”. Qeyd edək ki, bir qrup azərbaycanlı jurnalistin “Araz” Azad İqtisadi Zonasına səfəri təşkil olunub. Zonanın mədəniyyət, sosial və turizm üzrə rəis müavini Adil Nəcəfzadə bildirib ki, Azərbaycandan insanların müalicə məqsədilə Təbriz şəhərinə gəlməsini nəzərə alaraq İranın Culfa şəhərində azərbaycanlılar üçün iki xəstəxana tikiləcək. Bu xəstəxanaların tikilməsi həm zaman, həm də xərclərin az olması baxımından Azərbaycan vətəndaşları üçün sərfəli olacaq. A.Nəcəfzadə “Araz” Azad İqtisadi Zonasını turizm mərkəzinə çevirmək və bütün dünyaya tanıtmaq üçün bu ərazidə turizm sahəsi üzrə təhsil verəcək beynəlxalq universitetin inşası ilə bağlı plan olduğunu da açıqlayıb. Onun sözlərinə görə, Qulubəyli-Xudafərin (Füzuli) bölgəsində yeni sərhəd-keçid məntəqəsinin açılması da turizmin inkişafına təkan verəcək. Zonada fəaliyyət göstərən müəssisələr 20 il vergidən və digər rüsumlardan azad ediliblər.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info