Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 130 cinayət işinin istintaqı davam edir
Tarix: 15.07.2016 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 130 cinayət işinin istintaqı davam edir. Bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyulun 15-də rəhbərlik etdiyi qurumun ilin birinci yarısındakı fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, cinayət işləri ilə bağlı 58 nəfər təqsirləndirilən şəxs qismində tanınıb. Həmin şəxslərdən 52 nəfər barəsində məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilib.
Vurğulanıb ki, hesabat dövründə məhkəməyə göndərilən 100 iş arasında bank sektoru ilə bağlı olanlar üstünlük təşkil edib. Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib. Digər cinayət işlərinin 16-sı özəl sektor, 13-ü tikinti sektoru, 11-i ticarət, 8-i yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə bağlı, 5-i bələdiyyələr, 4-ü səhiyyə, 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, üçü təhsil, üçü enerji sahəsi, üçü nəqliyyat, biri daxili işlər orqanları ilə bağlı olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info