Azərbaycanın dini tolerantlıq və multikulturalizm modeli müzakirə olunub 
Tarix: 15.07.2016 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Bu gün YARAT Müasir İncəsənət Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkə multikulturalizm ili çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzində “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal prespektivləri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Prezident Administrasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, UNESCO üzrə Milli Komissiyasının nümayəndəsi, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbiri həyata keçirməkdə məqsəd milli-mədəni müxtəliflilik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkan kimi təbliğatına xidmət edən layihələr planının təqdim olunması və rəsmilərin bu məsələyə olan münasibətini məqalə formasında 30 ölkədən 37 təmsilçimiz tərəfindən nəşrinə nail olmaqdır.Tədbirdə çıxış edən YARAT Müasir İncəsənət Mərkəzinin Bədii direktoru Bjorn Geldhof bidirib ki, bu gün dünyada multikultralizm mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir. B.Geldhof deyib ki, YARAT Müasir İncəsənət Mərkəzi Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görür.
Tədbirdə çıxış edən AGAT-ın sədri Nərgiz Xələf bildirib ki, multiklturalizm Azərbaycanın bir dəyəridir. O deyib ki, tarixən Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilib.
N.Xələf qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bunun bariz nümunəsidir: “Azərbaycan multikulturalizm ənənələrinin inkişaf etdirilməsi və dünyaya göstərilməsi istiqamətində bütün vətəndaş cəmiyyəti təşkilatları fəal olmalıdır".Sonra tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycan multikulturalizm anlayışını yaşadır və onun dünyaya bariz nümunəsini göstərir.O qeyd edib ki, bu gün sevindirici haldır ki, gənclər təşkilatları Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm ilə bağlı çağırışına çox ciddi reaksiya verərək bu istiqaətdə fəal iş həyata keçirirlər. V.Quliyev bildirib ki, müxtəif dinlərin nümayəndələri tarix boyu Azərbaycanda mehribanlıq şəraitində yaşayıblar: “Azərbaycan bu gün də bu ənənələri yaşadır və dünyaya bir nümunə göstərir”.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov da çıxışında Azərbaycanın multikultural ənənələrindən danışaraq bildirib ki, Azərbaycan bütün dünyaya, o cümlədən zəngin təcrübəyə sahib olan Qərb dövlətlərinə bir nümunədir. O qeyd edib ki, əgər bütün dünya dövlətləri mutikultural ənənələrə Azərbaycan qədər dəyər versəydi, bu gün dünyada bu qədər münaqişələr mövcud olmazdı.
Tədbirdə YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkənin birgə təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq səviyyədə elan olunan “Multikulturalizm hər yerdə: Foto və Poster müsabiqəsi-2016”, respublika çərçivəsində elan olunan “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri” mövzusunda analitik yazı müsabiqəsinin və Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəsmi bloqunun, eyni zamanda, şəbəkənin nəzdində xarici ölkələrdə fəaliyyət göstərən 40-a yaxın “Ölkə Təmsilçiləri"nin təqdimat mərasimi keçirilib.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Türkiyənin Ərzurum Universitetində Azərbaycana aid möhtəşəm mərasim təşkil edilib
15.06.2019
VII Muğam Televiziya Müsabiqəsinin finalı başlayıb
15.06.2019
Şanxayda 22-ci beynəlxalq film festivalı başlayır
15.06.2019
Azərbaycan rəssamlarının əsərlərinin respublika satış sərgisi açılıb
14.06.2019
“Sonsuz Dəhliz“ filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görulüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info