Ermənilərdən növbəti təxribat
Tarix: 15.07.2016 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Ermənistan mətbuatının iyulun 14-də axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin hərəkətə keçmək cəhdi barədə yaydığı məlumat təxribatdır və düşmən tərəfinin vəziyyəti gərginləşdirməyə hesablanmış növbəti addımıdır.
Bu barədə Ermənistan mətbuatında yer alan əsassız məlumatlar barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyi mətbuat xidmətindən bildiriblər.
Açıqlamada təəssüflə qeyd olunub ki, Ermənistan tərəfi öz təxribatlarını ört-basdır etmək və yaydığı məlumatların təsir gücünü artırmaq məqsədilə Azərbaycanın bəzi elektron informasiya vasitələrinin qeyri-dəqiq və anonim mənbəyə istinadən verdiyi xəbərdən uğurla istifadə edib.
“Bir daha bildiririk ki, hərbi mövzuda, xüsusilə cəbhə xəttində baş verən hadisələrlə bağlı, istənilən məlumatı yaymazdan əvvəl həmin xəbər mütləq mənada Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməli və dövlətimizin təhlükəsizlik maraqlarına xələl gətirməməlidir”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info