“Seçki ilə bağlı “vahid namizəd” alınmayacaq”
Tarix: 11.03.2013 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


“Onlar müxalifət adını da özlüyündə inhisara götürüblər və hesab edirlər ki, müxalifət elə bunlardır”
“İctimai palata”da bir araya gələn Müsavat və AXCP seçkidə namizəd məsələsində bir-birilərinə güzəştə getmək fikrində deyillər. Artıq xeyli müddətdir ki, bu məsələdə çəkişən hər iki partiya mənsubları bir-birilərinin liderlərini yeri düşdükcə aşağılayır, sosial şəbəkələrdə qarşılıqlı təhqirlərə keçirlər. Bir sözlə, AXCP və Müsavatın bu məsələdə hər hansı anlaşma əldə edəcəyi qətiyyən inandırıcı görünmür. Çünki tərəflər bu barədə hər dəfə müşavirələrdə “birlik” şüarları səsləndirmələrinə baxmayaraq, həmişə də bunun ardınca bir-birilərinə qarşı daha şövqlə hücuma keçirlər.
Bu da onu göstərir ki, bu iki müxalif qurum hələ də öz aralarında nəinki birlik münasibəti, heç normal, sivil münasibət də qura bilməyib. Ona görə də hər iki partiyanın funskionerlərindən tutmuş, sıravi üzvlərinə qədər vaxtaşırı mətbuatda qarşılıqlı ittihamlara, sosial şəbəkələrdə “atışmalar”a qol qoymaqdadırlar. Qeyd etmək lazımdır ki, tərəflər arasındakı bu cür anormal münasibətləri və seçkiqabağı gərginliyi həmin tərəflərin qəzetləri və funksionerləri də etiraf edirlər. Onlar bununla bağlı hər hansı çıxış yolu olmadığının da fərqindədirlər. Çünki çıxış yolu olması üçün başçıların şəxsi ambisiyalardan və maraqlardan əl çəkməsi lazımdır. Halbuki başçıların şəxsi maraq və hərislikləri ümumi müxalifət maraqlarının fövqündə durur. Bunu isə həmin başçılar öz funksionerlərinin dili ilə açıq-aşkar ifadə etməkdə, əks tərəfi hədələməkdədirlər. Məsələn, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında deyib ki, “AXCP-nin namizədi müxalifətdə namizəd olmağa ən layiqlisidir və o, “internet sorğularında ona yaxın olan müxalifət liderindən 5 dəfə artıq səs alıb”: “O, müxalifətin ən uğurlu namizədi kimi keçirilən rəy sorğularında həmişə öndə olub”. O, bu fikirləri ilə Kərimlinin Müsavat başqanı İsa Qəmbərə namizədlik məsələsində güzəştə getməyəcəyini açıq şəkildə ortaya qoyub.
Qeyd edək ki, AXCP sədrinin digər müavini Həsən Kərimov isə belə deyib: “Əli Kərimli iddialıdır və daha çox şansı olan namizəddir, buna görə də seçkilərə qatılacağıq”. H.Kərimov onu da bildirib ki, “sosial şəbəkələrdə aparılan sorğunun nəticələrinə və partiyanın gücünə görə də ən güclü namizəd Əli Kərimlidir. AXCP sədri nəyə görə seçkilərdən geri qalmalıdır?”. Qeyd edək ki, Müsavatın təbliğat ruporu olan qəzet “vahid namizəd” məsələsini qaldıran kimi, AXCP sədri Əli Kərimli dərhal müavinlərinə, funksionerlərinə bu məsələyə kəskin münasibət bildirməyi,” Kərimlinin namizədliyinin alternativsiz olduğunu” sərt bir şəkildə ifadə etməyi tapşırır. Bununla da tərəflər dönə-dönə bir-birilərinə “namizəd” əzələsi nümayiş etdirmiş olurlar.
Bu barədə Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov “Palitra”ya açıqlamasında qeyd etdi ki, bu cür danışmaq hər bir müxalifət partiyasının öz işidir: “Hər kəs özü haqqında istənilən fikir söyləyə bilər. Bu baxımdan mən hər hansı bir partiya mənsubunun açıqlamasına fikir bildirmək istəməzdim. Onlar müxalifət adını da özlüyündə inhisara götürüblər və hesab edirlər ki, müxalifət elə bunlardır. Başqa partiyalar sanki yoxdur. Nə deyirlər, desinlər, mən başqa partiya sədrlərinin fikirlərinə münasibət bildirmək istəməzdim”.
Qarşıdakı prezident seçkiləri ərəfəsində müxalifətin durumunun mürəkkəb olduğunu deyən İlyas İsmayılov qeyd etdi ki, ona görə də gələcəkdə bu baxımdan vəziyyətin dəyişəcəyini düşünmək hələ ki çətindir: “Vəziyyət mürəkkəbdir. Getdikcə seçki yaxınlaşır, kimlərsə öz imkanlarının yüksək olduğunu təqdim etməyə çalışır. Amma təbii ki? seçkilər hər şeyi ortaya qoyacaq”.
İ.İsmayılov hazırda bir-birilərilə ziddiyyət münasibətlərində olan müxalifətin seçki ilə bağlı “vahid namizəd” məsələsinin alınmayacağını da vurğuladı: “Bundan heç ağlım kəsmir. Buna inanmıram. Hər dəfə seçkilər öncəsi bu məsələ ortaya atılır. Amma nəticədə heç nə alınmır və ara qatışır bir-birinə”. Beləliklə, rəyini soruşduğumuz daha bir müxalif partiya sədri “namizəd” məsələsinin düşərgə üçün əslində bəlaya çevrildiyini ifadə etmiş oldu...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info