“Rusiya ilə münasibətlərin normallaşması Qarabağa mütləq öz faydasını verəcək”
Tarix: 15.07.2016 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


“Bütün regional layihələri həyata keçirməklə bağlı Azərbaycanla həmfikirik. Birlikdə çalışmağa davam edəcəyik”.
 Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib. O deyib ki, layihələrin həyata keçirilməsi üçün digər ölkələrlə də əməkdaşlıq davam etdiriləcək:
“Bilirsiniz ki, bölgədəki ölkələrlə üçlü mexanizmlər mövcuddur. Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmləri kimi. Biz istəyirik ki, Azərbaycan-Türkiyə-Qazaxıstan üçlü mexanizmi də olsun. Qazaxıstanlı qardaşlarımızla da bu məsələni müzakirə etmişik. Hətta Türkiyə-Azərbaycan-Rusiya müzakirələrini də üçlü formada təşkil edə bilərik”.
Təmas xəttində Ermənistan tərəfindən törədilən təxribatlarla bağlı suala cavab verın nazir deyib ki, Dağlıq Qarabağ münaqişəsi sülh və diplomatiya vasitəsilə həll edilməlidir. Təhrikedici, atəşkəsi pozmağa yönəlik addımların faydası olmadığını aprel ayında gördük.
O qeyd edib ki, Ermənistan bu cür təhriklərdən çəkinməlidir:
 
“Türkiyə münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək. Rusiya ilə münasibətlərin normallaşması bu məsələyə mütləq öz faydasını verəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrova da dediyim kimi, bundan sonrakı prosesdə Türkiyə bu cür təşəbbüsləri dəstəkləyəcək. Minsk Qrupunun tərkibində Türkiyə də var. Minsk Qrupunun həmsədrləri bazar ertəsi Ankaraya gələcəklər. Onlarla da görüşəcəyik və Azərbaycanın qəbul edəcəyi formulları dəstəkləməyə davam edəcəyik. Artıq Rusiya ilə münasibətlər olduğu üçün bu məsələni həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində Rusiya ilə müzakirə etməyə davam edəcəyik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info