İşğaldakı ərazilərdəki tarix və mədəniyyət abidələrimiz xaricdə təbliğ olunub
Tarix: 15.07.2016 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan on illər boyu tarixi abidələrimizi dağıdaraq, maddi və mədəniyyət nümunələrimizi mənimsəyir. Ermənistan Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq, mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Məhz bu problemi dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində, Türkiyənin İstanbul və Ankara və Gürcüstanın Tbilisi şəhərində tədbirlər keçirib. Tədbirlərdə hər üç ölkənin milli dəyərlərin təbliği üzrə araşdırmaçı-ekspertləri, tarixçilər və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak ediblər. Mövzu haqqında qonaqlara ətraflı məlumat verilib, Azərbaycanın işğal altında olan ərazilərində abidələrin ermənilər tərəfindən dağıdılması ilə bağlı faktlar diqqətə çatdırılıb. Həmçinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmış, işğal altında olan tarixi abidələrimiz və erməni vandalizmi haqında video-çarx nümayiş olunub. Bununla bağlı yekun tədbir kimi 14.07.2016-cı il tarixdə Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində Azərbyacn ictimayyətinin, KİV və elm xadimlərinin iştirakı ilə Dəyirmi masa keçirildi. Tədbiri ilk giriş sözü ilə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi-nin sədri İradə Polad açaraq, layihə haqqında və görülən işlərlə bağlı öz fikrini söylədi. Daha sonra layihənin eksperti professor Faqi İsmayılov Bu layihənin xüsusi özəlliyindən danışaraq, onun özəlliyindən, bu sahədə görülən işlərdən danışdı. Daha sonra Faiq müəllim bu sahədə öz təkliflərini bildirərək, tezliklə Gürcütan Azərbaycan alim, ictimai qrumlarının nümayəndələrinin birgə komisiyasının yaradılmas və oxşar problemlərin araşdırılmasnı təklif etdi. Daha sonra millət vəkli Elman Nəsirov,Beynəlxalq Telekomunikasiya Peyk təşkilatının vitse prezidenti Məzahim Quluyev çıxış edərək, Bu layihənin bütün əməkdaşlarını ,başda İradə Polad olmaqla hamını təbrik etdi. Bu haqda öz maraqlı fikirlərini bölüşərək, layihənin xüsusi əhəmiyyətini anlatdı. Daha sonra Gürcüstan-Azərbaycan Milli Konqresinin sədri Əli Babayev ,Strateji Araşdırmalar İnistutunun direktoru Ramiz Alıyev,filologiya elmlər doktoru,professor Raqub Kərimli şıxış edərək, bu layihədə İradə Poladla olmağından məmun olduğnu bildirdi. O Bu layihənin Gürcüstanda böyük rezonaans doğurduğnu Bildir. Çıxış edənlər içərsində layihənin eksperti Ramil Süleymanovda var idi. O Bu layihə haqqında Türkiyə və Gürcüstanda görülən işlərdən danışdı. Daha sonra QHT nümayəndələri, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi qhtxeber.az saytının baş Redaktoru Sənan müəllimdə çıxış edərək, öz fikirlərini auditoriya ilə bölüşdü. Daha sonra Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılmasında əvzəzssiz xidmətlərinə görə Millət vəkili Elman Nəsirov, layihənin ekspertləri Faiq İsmayılov və Ramil Süleymanova təşkilat rəhbəri tərəfindən mükafat təqdim edildi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info