Yerüstü piyada keçidi inşa olunur
Tarix: 15.07.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


"Azəravtoyol" ASC Sabunçu rayonu Şəhər şosesində, “Sabunçu körpüsü”ndən Zabrat qəsəbəsinə doğru düşən hissədə yerüstü piyada keçidinin inşasına start verib.
ASC-dən verilən məlumata görə, yerüstü piyada keçidi metal konstruksiyalı olacaq. Keçid 2 çıxışlı, 2 aşırımlı (orta dayaqlı) və üstü bağlı olacaq. Burda fiziki qüsurlu insanların hərəkəti üçün xüsusi panduslar quraşdırılacaq.
Sözügedən keçidin uzunluğu 42,3 metr, pilləkənlərin uzunluğu 32,7 metr olmaqla qalereyasının uzunluğu 75 metr olacaq. Layihə çərçivəsində keçidin qalereyasının eni 4 metr, hündürlüyü 3,6 metr, yol səthindən hündürlüyünün isə 5,5 metr olması nəzərdə tutulub.
 Qeyd edək ki, ilkin olaraq nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi daha 6 ərazidə metal və dəmir-beton konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq bu istiqamətdə hazırlıq işləri görülür. Yerüstü piyada keçidlərinin tikintisində məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info