Tovuzda üzüm plantasiyalarının sahəsi 3 min hektara çatdırılacaq
Tarix: 15.07.2016 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


İyulun 15-də Tovuz Rayon İcra Hakimiyyətində cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş tərkibdə şura iclası keçirilib. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, cari ilin fevral ayının 16-da Prezident İlham Əliyevin rayona səfəri zamanı bir sıra obyektlərlə yanaşı, açılışını etdiyi Tovuzçay su anbarının istifadəyə verilməsi əkin sahələrinin xeyli artırılmasına gətirib çıxarıb. Əlverişli mühit, yeni iqtisadi şəraitə uyğun nəzərdə tutulan tədbirlər kənd təsərrüfatı məhsulları istehsal edən iri təsərrüfatların yaradılmasına səbəb olub. Bu təsərrüfatlarda 100 hektarlarla taxıl, kartof, şəkər çuğunduru, bostan bitkiləri əkilib. Cari ilin məhsulu üçün 26439 hektar sahədə əkin aparılıb ki, bu, əvvəlki illə müqayisədə 1287 hektar çoxdur. Ötən illə müqayisədə kartof əkini sahələri 529 hektar, dənli bitkilər əkini 439 hektar, tərəvəz əkini 45 hektar, günəbaxan əkini 93 hektar, yem bitkilərinin əkin sahələri isə 38 hektar genişləndirilib.Bildirilib ki, cari ilin birinci rübündə kənd təsərrüfatı sahəsində məhsul buraxılışı 2,7 faiz artıb. Bu dövrdə rayonda 32 min 672 ton taxıl, 5574 ton kartof, 7495 ton tərəvəz, 1950 ton meyvə və giləmeyvə istehsal olunub. Kartof məhsulunun keyfiyyətli şəkildə istehlakçıya çatdırılması üçün hər birinin tutumu 3000 ton olan iki soyuducu kameranın inşasına başlanılıb. Bu kameralardan birinin bu il istismara verilməsi gözlənilir.
İstehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması istiqamətində lazımi işlər aparılır. İndiyədək 3 min tondan çox yerkökü, 1535 ton pomidor və xiyar, 1000 ton meyvə və giləmeyvə xarici ölkələrə ixrac olunub. Bu məhsulların istehsal və ixrac olunmasında 500 nəfərdən çox mövsümi işçi çalışıb.Diqqətə çatdırılıb ki, bu il Tovuz rayonu üçün ənənəvi olan barama və tütün istehsalına da başlanılıb. İlk mövsümdə 1560 kiloqram barama istehsal olunub, 20 hektar sahədə tütün əkilib. Yazda və erkən yayda təbiətin şıltaqlığına, bir neçə dəfə sahələri dolu vurmasına baxmayaraq, lazımi aqrotexniki tədbirlərin görülməsi nəticəsində tütün plantasiyalarında yaxşı məhsul yetişdirilib. Hazırda Qəribli, Əsrik Cırdaxan və Vahidli kəndlərində tütün yarpağı yığımına başlanıb.Artıq baramaçılığın daha geniş yayılması üçün yem bazası yaradılması ilə əlaqədar tədbirlər müəyyənləşdirilib. Payız-qış mövsümündə ayrı-ayrı yaşayış məntəqələrində 5000 ədəddən çox tut tinginin əkilməsi nəzərdə tutulur. İlkin nəticələr onu deməyə əsas verir ki, gələn ildən etibarən baramaçılıq və tütünçülük daha da genişləndiriləcək.Qarşıda duran vəzifələrdən də danışan icra hakimiyyətinin başçısı qeyd edib ki, 500 başlıq heyvandarlıq kompleksinin yaradılması üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət olunub və hazırda torpaq sahələrinin yer quruluşu sənədləri tərtib olunaraq layihələndirmə işləri aparılır. Kompleksdə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.Rayonda üzümçülüyün inkişafı da daim diqqət mərkəzində saxlanılır. Hazırda rayon ərazisində mövcud olan 700 hektar üzüm sahəsini genişləndirərək gələn il 1000 hektara, 2018-ci ildə isə 3000 hektara çatdırmaq planlaşdırılıb.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə Ceyrançöl qış otlaqlarında 12 min hektar sahənin təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqlarına aid edilib və burada iri taxılçılıq və yemçilik təsərrüfatı yaradılıb.
Ötən illərdə olduğu kimi rayonda abadlıq, quruculuq və tikinti işləri cari ilin altı ayında da uğurla davam etdirilib.
Hesabat məruzəsindən sonra qarşıda duran vəzifələr müzakirə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info