Gəncədə konfrans keçirilib
Tarix: 15.07.2016 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


İyulun 15-də Gəncədə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirilib.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, həmçinin bir sıra media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq tədbirin Milli Mətbuat Günü ərəfəsində keçirildiyini diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təmin edilməsi istiqamətində gördüyü mühüm işlərdən danışıb, Ümummilli Liderin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. E.Vəliyev Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurların, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin böyük rolu olduğunu bildirib.
Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev dövlətin, xüsusilə Prezident İlham Əliyevin medianın inkişafına, jurnalistlərə diqqət və qayğısından söhbət açıb.
Şöbə müdirinin müavini bildirib ki, Azərbaycanda azad medianın yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Məhz Ümummilli Lider yenidən hakimiyyətə qayıtdıqdan sonra kütləvi informasiya vasitələrinin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb, senzura ləğv edilib, demokratik qanunvericilik bazası formalaşıb. Bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də medianın inkişafına böyük diqqət göstərir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müsabiqənin nəticələri haqqında məlumat verib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlərin çoxluğu nəzərə alınaraq 6 əsas, 16 həvəsləndirici mükafat təsis edilib.
Sonra Vüqar Səfərli media və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyə KİVDF-nin diplomunu təqdim edib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov konfransdakı çıxışında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, hər bir xalqın inkişafında mətbuatın mühüm rolu var. Azərbaycan xalqının inkişafında da “Əkinçi” qəzeti mühüm rol oynayıb. Bir neçə gündən sonra ölkəmizdə bu qəzetin yarandığı gün – Milli Mətbuat Günü qeyd ediləcək.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Daha sonra "Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqənin qaliblərinə mükafatları təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info