UEFA Avropa Liqası
Tarix: 16.07.2016 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Komandalarımızdan yalnız "Qəbələ" qalib gəlib
Bakının “Neftçi” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk oyununda Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.
“8-ci kilometr” qəsəbə stadionunda oynanılan matçı Sergey Sinkeviçin rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edib. Oyunun qarşılıqlı hücumlar şəraitində keçən birinci hissəsinin əvvəlində rəqib komandanın ilk təhlükəli zərbəsi dirəyə dəyib. Buna cavab olaraq, görüşün 13-cü dəqiqəsində paytaxt təmsilçisi əks-hücum nəticəsində təhlükəli vəziyyət yaratsa da, bu imkandan yararlana bilməyib. İlk hissədə əks-hücum taktikasına üstünlük verən “Neftçi” fərqlənmək üçün daha bir əlverişli imkan əldə edib. Lakin Araz Abdullayevin zərbəsi qapıdan bir qədər aralı keçıb. Matçın ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıb - 0:0. İkinci hissənin ilk dəqiqələrindən etibarən Vəli Qasımovun komandası oyunda təşəbbüsü tamamilə ələ alıb. Paytaxt təmsilçisi bir-birinin ardınca rəqib qapısı qarşısında təhlükəli hücumlar yaradıb. “Şkendiya” komandası isə İbraiminin və Radeskinin zərbələri ilə fərqlənmək imkanı əldə edib. Komandaların cəhdlərinə baxmayaraq, qapılara top vurulmayıb və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Komandalar arasında cavab matçı iyulun 21-də keçiriləcək. Gəncənin "Kəpəz" klubu isə səfərdə Avstriyanın Mödlinq şəhərini təmsil edən "Admira Vaker" klubu ilə qarşılaşıb. Sankt Pölten şəhərində yerləşən "NV Arena" stadionunda keçirilən oyunun ilk hissəsində ev sahibləri hesabda irəli çıxıblar. Hücumçu Dominik Ştarkl 41-ci dəqiqədə başla vurduğu zərbə ilə hesabı açıb. Şahin Diniyevin yetirmələri oyunun ikinci hissəsində ev sahiblərinin qapısına qol vura bilməyib və hesab dəyişməz qalıb: 1:0. Oyunu Pavlo Radovanoviçin rəhbərliyi ilə monteneqrolu hakimlər heyəti idarə edib. "Kəpəz" və "Admira" arasında cavab görüşü iyulun 20-də Bakıda keçiriləcək. İkinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" klubu da ilk oyununu keçirib. Komandamız Macarıstanın Qyor şəhərindəki "Qyirmoti" stadionunda yerli MTK klubu ilə qarşılaşıb. İsveçli baş hakim Bojan Pandziçin idarə etdiyi oyunun 24-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri hesabı açıb. Komandaların səylərinə baxmayaraq, oyunun ilk hissəsində hesab dəyişməyib. İkinci hissəyə daha fəal başlayan "Qəbələ" matçın 63-cü dəqiqəsində istəyinə nail olub. Qəbələ təmsilçisinin xorvatiyalı futbolçusu Filip Özobiç ikinci topu rəqib qapısından keçirib. Görüşün 70-ci dəqiqəsində MTK-nın futbolçusu Sandor Torqhelle hesab arasındakı fərqi azaldıb. Beləliklə, görüş "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək. Qeyd edək ki, "Qəbələ" turnirin birinci təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubunu yarışdan kənarlaşdırıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info