FİFA Ramil Şeydayevlə bağlı məsələni araşdırır
Tarix: 16.07.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


FİFA Ramil Şeydayevin Azərbaycan vətəndaşlığını alması ilə bağlı məsələni araşdırır. Bu haqda Rusiyanın TASS agentliyi məlumat yayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, R.Şeydayevin Azərbaycan vətəndaşlığını alması və futbolçunun Azərbaycan milli komandasına oynamasının mümkünlüyü ilə əlaqədar onlara AFFA-dan müraciət daxil olub.
“Hazırda bu məsələyə baxılır və bizim mütəxəssislər tərəfindən araşdırılır” - deyə FİFA-dan bildirilib. Bu arada AFFA-nın baş katibi Elxan Məmmədov rusiyalı idman hüquqşünası Mixail Prokopetsin fikirlərinə münasibət bildirib. M.Prokopets deyib ki, Şeydayevin Azərbaycan millisində oynaması hüquqi tərəfdən mümkün deyil: “Çünki Rusiya milli komandalarında çıxış etməzdən əvvəl onun Azərbaycan pasportu olmayıb”. AFFA-nın baş katibi Elxan Məmmədov isə TASS agentliyinə deyib ki, R.Şeydayevlə bağlı FİFA-ya müraciət edilməzdən əvvəl də bu futbolçunun Azərbaycan pasportu olub. “Bu məsələdə anlaşılmazlıq var. Görünür, kimsə xarici pasportu nəzərdə tutur. Biz FİFA-ya müraciət etməzdən əvvələ qədər də Ramildə Azərbaycanın ümumvətəndaşlıq pasportu olub. Mən bunu görmüşəm. O, bu sənədi alıb. Çünki atası azərbaycanlıdır və burada doğulub. Bu sənəd olmasaydı, FİFA bu məsələyə baxmazdı” - deyə E.Məmmədov bildirib.






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi
17.09.2018
“Fənərbağça” beşinci turda qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info