Asiya-Avropa forumu
Tarix: 16.07.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


51 ölkə və iki blok - ASENA və Avropa İttifaqı rəsmiləri bu dəfə Ulan-Batorda bir araya gəlib

Asiya və Avropa yeni məkanda görüşür. Monqolustanın paytaxtı Ulan-Batorda Asiya- Avropa forumu keçirilir. Forumda 51 ölkə və iki blok - ASEAN və Avropa İttifaqı bir araya gəlir. Bu formatda görüşlər iki ildən bir növbə ilə hər dəfə iki qitədən birində keçirilir. Forumun budəfəki iştirakçıları, dövlətlərin tədbirə verdiyi önəmin göstəricisi sayıla bilər.

Çinin baş naziri Li Keçyan, Almaniya kansleri Angeda Merkel, Yaponiya baş naziri Sindzo Abe, Çexiya prezidenti Miloş Zeman, Holandiya baş naziri Mark Ryutte, Rusiya baş naziri Dmitri Medvedev forum iştirakçıları arasındadır. 3 milyon əhalisi olan Monqolustan coğrafi baxımdan Rusiya ilə Çinin arasında yerləşdiyindən bu iki nəhəng dövlətin nüfuz və təsir poliqonuna çevrilib. Monqolustanda zəngin təbii ehtiyatlar-kömür, qızıl, az tapılan qiymətli metal yataqları var. Ulan-Bator iri dövlətlərlə investisiya müqaviləsi imzalamaq istəyir-ancaq bərabərhüquqlu və qarşılıqlı maraqların təmin olunması şərti ilə. Rusiya vaxtilə Monqolustanın müstəqillik əldə etməsinə yardım etməklə kifayətlənməyərək bu ölkədə məktəblər, dəmir yolları inşa edib, epidemiyaya qarşı mübarizə aparmaq üçün Monqolustana dərman və həkimlər göndərib. Bu isə nüfuz mübarizəsində Rusiyanı rəqiblərindən önə çıxarıb. Amma SSRİ dağıldıqdan sonra vəziyyət dəyişib və Rusiyanın Monqolustana marağı azalıb. Bunun nəticəsi olaraq bir çox iri dünya şirkətləri, o cümlədən Çin şirkətləri investisiya müqavilələri imzalamağa nail ola biliblər. Rusiya baş naziri Ulan-Batorda ticarət münasibətlərin yenidən nəzərdən keçirməyi, münasibətləri inkişaf etdirməyi, nəqliyyat sahəsində birgə layihələri və Rusiya-Monqolustan-Çin formatında əməkdaşlığı müzakirə edəcək. Baykal gölü ilə bağlı məsələ də müzakirə ediləcək. Monqolustan Baykala axan çayların birində hidroelektrik stansiya inşa etmək istəyir. Rusiya isə ekoloji riskləri əsas gətirərək buna qarşı çıxır və əvəzində qonşu dövləti enerji kəsirini aradan qaldırmaq üçün öz enerjisini təklif edir. Çin Monqolustanda yaranan boşluğu doldurmaq üçün fəal siyasət aparır. Amma Çin tərəfinin də işləri heç də həmişə yaxşı getmir. 2014-cü ildə Çin şirkəti Monqolustanda olan zəngin kömür yatağı ilə bağlı müqavilə imzalasa da, ölkə parlamenti müqaviləni təsdiqləməyib. Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun elmi əməkdaşı Yakov Berqer “Nezavisimaya qazeta”ya bildirib ki, Rusiya və Çin Monqolustanda həm tərəfdaş, həm də rəqib kimi təmsil olunar: “Eyni vəziyyət Çinin “Yeni İpək Yolu kəməri” layihəsinin reallaşdırdığı digər regionlarda da təkrarlanır. İki dövlət bəzi yerlərdə əməkdaşlıq edir, bəzi yerlədə isə rəqabət aparır”. Şübhəsiz ki, tədbirin kuluarlarında beynəlxalq məsələlər, dövlətlərin siyasi maraqları ilə bağlı məsələlər müzakirə ediləcək. Yaponiya bəyan edib ki, Çinin Cənubi-Çin dənizinə iddiası ilə bağlı məsələ qaldıracaq. Pekin buna dərhal reaksiya verib-Monqolustan Niderland məhkəmələrində qəbul edilmiş qərarlarının müzakirə olunduğu yer deyil.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info