İspaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən erməni tutuldu
Tarix: 16.07.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Onun Ermənistanın baş naziri Ovik Abramyanla sıx əlaqələri var
İspaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən erməni iş adamı Arman Mailyan həbs edilib. Ermənistanın Aştarak bölgəsində doğulan iş adamı erməni cəmiyyətində dövlət səlahiyyətliləri ilə sıx əlaqədə olan bir şəxs kimi tanınır.
Onun baş nazir Ovik Abramyanın ailəsi ilə sıx əlaqələri mövcuddur. Əldə olunan məlumata görə, baş nazirin oğlu Arqam Abramyan Arman Mailyanın uşaqlarının xaç atasıdır. Arqam və Arman tez-tez Barselona və ya İrəvanda görüşürlər.
Xatırladaq ki, iş adamının dövlət səlahiyyətliləri ilə yaxınlığı, təkcə baş nazir və onun oğlu ilə məhdudlaşmır. Verilən məlumata görə, onun ölkə rəhbərliyinə yaxın olan başqa səlahiyyəlilərlə də sıx əlaqələri var. Belə ki, dövlət rəsmilərindən İspaniyada əmlak almaq niyyətinə düşənlər ancaq Arman Mailyana üz tuturlar. Əldə edilən başqa bir məlumata görə, artıq dövlət rəsmilərinin bir çoxu Mailyanın vasitəçiliyi ilə İspaniyanın ayrı-ayrı bölgələrində ev və mənzil sahiblərinə çevriliblər.
Ermənistanın «Tert.am » saytının verdiyi məlumata görə, öz şəklini «Facebook»da yerləşdirən Arman Mailyanın sifəti görünməsə də, Ermənistan prezident aparatına məxsus döş nişanı açıq-aydın görünür.
Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, həmişə rahat həyat axtarışında olan ermənilər sonralar yaşadıqları ölkələrin yerli əhalisi üçün başağrısına çevriliblər. Təbii ki, bunu İspaniya dövləti, hələ ki, dərk etməyib. Lakin istər yaxın Rusiyada, istərsə də ABŞ-ın Kaliforniya ştatında əgər ermənilər yaşadıqları ərazilərdə çoxluq təşkil edirlərsə, onlar bundan hər vasitə ilə yararlanmağa çalışırlar. Bu artıq aksiomdur. Hələ XIX əsrdə erməni xislətinə yaxından bələd olan gürcü şairi İlya Çavçavadze «Erməni alimləri və fəryad edən daşlar» əsərində yazırdı ki, «Qoy qadir Allah onlara qüvvət, hamısına birləşmək bacarığı versin. Lakin qoy kələk gəlməsinlər, bizi özümüzdən məhrum etməyə çalışmasınlar. Adımızı alçaltmağa, özlərini tərifləyib göylərə qaldırmağa, şöhrətlənməyə çalışmasınlar. Bizim üçün yaxşı idi, pis idi, biz sizi qəbul etdik. Qardaş kimi, sığınacaq verdik, heç olmasa, öz evimizdə bizə düşmən kəsilməyin».
Doğrudan da, erməni xislətinə, erməni oğurluğuna, gözügötürməzliyinə nabələd olanlar üçün ibrətamiz misaldır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info