Azərbaycanda elektrik enerjisi qiymətləri dünya ölkələri ilə müqayisədə ucuzdur
Tarix: 16.07.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Ötən 10 ildə digər ölkələrdə qiymətlərin bir neçə dəfə artmasına baxmayaraq, Azərbaycanda qiymətlər sabit saxlanılıb

Ölkəmizdə elektrik enerjisinə görə yeni tarif dəyişikliyinin baş verməsi əsaslıdır və zamanın tələblərindən, bazar və istehsal reallıqlarından irəli gəlib. Eləcə də yeni tarif əhali üçün əlverişlidir və dünya ölkələrindəki müvafiq tariflərlə müqayisədə ucuzdur. Bu barədə qənaət hasil etmək üçün bir sıra göstəricilərə qısa nəzər yetirək.
Öncə xatırladaq ki, Azərbaycanda elektrik enerjisinə görə tariflər son dəfə 2007-ci ildə dəyişdirilib, ötən 10 il ərzində digər ölkələrdə qiymətlərin böyük faizlərlə və yaxud bir neçə dəfə artmasına baxmayaraq, Azərbaycanda qiymətlər sabit saxlanılıb. Məsələn, son 3 ildə Ermənistanda elektrik enerjisinin qiyməti 100-150% artıb. 2015-ci ilin statistikasına görə, elektrik enerjisinin tarifləri Ukraynada 48%, Moldovada 34%, Latviyada 20%, Belarusda 16%, Türkiyədə 14%, Bolqarıstanda 13%, Böyük Britaniyada 11%, Rusiya və Qazaxıstanda 8% artıb. Hazırda Azərbaycanda elektrik enerjisinin 1 kilovatına görə qiyməti əksər dünya ölkələrindən aşağıdır.
Məsələn, eləcə region ölkələrini götürsək, Ermənistanda istehlakçılar 1 kilovat elektrik enerjisinə görə 12,7 qəpik, Gürcüstanda isə 11,2 qəpik ödəməlidirlər.
Sosial ölkə hesab olunan Danimarkada istehlakçılar 1 kilovat elektrik enerjisinə görə 52 qəpik, İsveçdə isə 32 qəpik ödəməlidirlər. Böyük neft istehsalçısı olan Norveçdə isə 1 kilovat elektrik enerjisinin qiyməti 2015-ci ildə 27 qəpik təşkil edib.
Tarif dəyişikliyi “Azərişıq” və “Azərenerji”nin gəlirlərinin artmasına, onların dövlət büdcəsindən asılılığının azalmasına şərait yaradacaq. Tarif dəyişikliyi elektrik enerjisi istehsalı və təchizatı sahəsində çalışan 18 min nəfərdən artıq insanın əməkhaqlarının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər həyata keçirməyə imkan verəcək. Həmçinin dəyişiklik istehlakçıların elektrik enerjisi sərfiyyatına daha qənaətlə yanaşmasını və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq.
Onu da qeyd edək ki, 2007-ci ilin yanvarında elektrik enerjisinin qiyməti Azərbaycan qalxandan sonra 7 qəpik olmuşdu, daha sonra isə 6 qəpiyə endi. Belə bir halda, Gürcüstanda elektrik enerjisiin qiyməti 8 qəpik, 300 KVT- dan yuxarı olduğu halda 12 qəpikdir.
Ermənistan 2012-ci illə müqayisədə gündüz tarifini 96, gecə tarifini 144 faiz, yəni 2-2,5 dəfə artırıb. Hazırda bu ölkədə elektrik enerjisininin KVT-ına görə gündüz 10 qəpik, gecə 13,6 qəpik, çox işləyəndə isə 16-19 sent ödənilir.
Eləcə də dünya ölkələri ilə müqayisıdə, Azərbaycanda elektrik enerjisi qiymətlərinin olduqca aşağı və ucuz olduğunu görmək mümkündür. Məsələn, bu sahədə dünya üzrə “mütləq çempion” Solomon adalarıdır - orada elektrik enerjisinin qiyməti 95 ABŞ sentidir. Bu qədər bahalı olmasına baxmayaraq, orada elektrik enerjisi requlyar verilmir, ona görə də orada insanlar elektrik enerjisinə olan tələbatı özləri ödəyirlər - dizel və ya külək generatorlarından, yaxud günəş batareyalarından istifadə etməklə. Tonqada isə bu qiymət 50 sentdir. 34-cü yerdə Yamayka gəlir - 45 sent.
Yeni Kaledoniya və Kuk adalarında 42-44 sent, Amerika Samoasında 41 sent, Yaponiyada 32 sent, İsveçrə, Niderland, İspaniya, Finlandiya və Britaniyada 20-28 sentdir.İsraildə isə bu qiymət 18 sentdir. Qardaş Türkiyədə, Monteneqroda və Bolqarıstanda qiymətlər, müvafiq olaraq 16, 15 və 11 sentdir. ABŞ-da bu qiymət 12-13 sentdir. Eləcə də digər ölkələrdə elektrik enerjisinin olduqca bahalı olduğunu, yaxud həmin ölkələrdə bu sahədə artımla nəticələnən tarif dəyişikliklərinin tez-tez baş verdiyini misal çəkmək olar. Bütün bunlar bir daha ona dəlalət edir ki, Azərbaycanda elektrik enerjisinin hazırkı tarifi, dünyadakı qiymətlərlə müqayisədə, kifayət qədər əlverişli və ucuzdur, həmçinin yeni tarif dəyişikliyinin yuxarıda qeyd edilən səbəbləri də yetərincə əsaslı və bazar proseslərinə uyğundur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info