Dövlət medianın inkişafına böyük diqqət göstərir
Tarix: 16.07.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Gəncədə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib
Dünən Gəncədə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirilib. Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, həmçinin bir sıra media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində keçirilən konfransı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq tədbirin Milli Mətbuat Günü ərəfəsində keçirildiyini diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təmin edilməsi istiqamətində gördüyü mühüm işlərdən danışıb, ümummilli liderin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. E.Vəliyev Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurların, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin böyük rolu olduğunu bildirib. Konfransda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev dövlətin, xüsusilə Prezident İlham Əliyevin medianın inkişafına, jurnalistlərə diqqət və qayğısından söhbət açıb. Şöbə müdirinin müavini bildirib ki, Azərbaycanda azad medianın yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Məhz ümummilli lider yenidən hakimiyyətə qayıtdıqdan sonra kütləvi informasiya vasitələrinin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb, senzura ləğv edilib, demokratik qanunvericilik bazası formalaşıb. Bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də medianın inkişafına böyük diqqət göstərir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müsabiqənin nəticələri haqqında məlumat verib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlərin çoxluğu nəzərə alınaraq 6 əsas, 16 həvəsləndirici mükafat təsis edilib. Sonra Vüqar Səfərli media və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə KİVDF-nin diplomunu təqdim edib. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov konfransdakı çıxışında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, hər bir xalqın inkişafında mətbuatın mühüm rolu var. Azərbaycan xalqının inkişafında da “Əkinçi” qəzeti mühüm rol oynayıb. Bir neçə gündən sonra ölkəmizdə bu qəzetin yarandığı gün - Milli Mətbuat Günü qeyd ediləcək. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. Daha sonra "Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqənin qaliblərinə mükafatları təqdim edilib.





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info