Suriya müxalifətinə hərbi yardım qərarı
Tarix: 11.03.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Böyük Britaniya Suriya müxalifətinə hərbi dəstək vermək istəyir. Suriya prezidenti Bəşər Əsədə qarşı mübarizəni artırmaq üçün rəsmi London Suriya müxalifətinə hərbi texnika göndərməyi planlaşdırır. Britaniyanın xarici işlər naziri Vilyam Heqin sözlərinə görə, bu qərar Suriyada uzun müddətdir davam edən “dözülməz insan əzablarına” verilən çox “zəruri, müvafiq və qanuni” bir cavabdır. Britaniya dövlətinin bu qərarı həm beynəlxalq miqyasda, həm də elə Britaniyanın özündə birmənalı qarşılanmayıb. Sadə ingilislər arasında aparılan sorğu zamanı əksər vətəndaşların bu qərarın əleyhinə olduğu bəlli olub. Britaniya hökümətinin bu qərarını ölkə müxalifəti də ciddi tənqid edir. Suriya qiyamçılarını dəstəkləməyi “qəbuledilməz” hərəkət kimi dəyərləndirən Britaniya İşçi Partiyasının və eləcə də Britaniya parlamentinin üzvü, Peter Hain, hökumətin qərarını diplomatiyada “möhtəşəm uğursuzluq” adlandırıb. Bir sıra parlament üzvləri bu qərar haqqında narahatçılıqlarını dilə gətirərkən, əsas təhlükənin göndərilən hərbi avadanlığın ekstremist qrupların əlinə keçməsi olduğunu bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info