“Ölkəmizdə sənaye potensialının inkişafı ilə bağlı ciddi islahatlar aparılır”
Tarix: 16.07.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Asif Əsgərli: “Bu islahatlar gələcəkdə ölkəmizin ixrac imkanlarının genişlənməsini təmin edəcək”

Dövlət başçısı tərəfindən imzalanan bir sıra fərman və sərəncamlar ölkədə yeni sosial-iqtisadi islahatların başlanmasına imkan yaradıb.
Bu islahatlar öz effektiv nəticəsini göstərməkdədir. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev öz nitqində 2016-cı ilin Azərbaycanda dərin iqtisadi islahatlar ili olacağını deyib: “Düzdür, biz bu islahatları uzun illərdir ki, aparırıq. Ancaq əvvəlki dövrdə vəziyyət başqa idi. Neft hasilatı artırdı. Neftin qiyməti 100 dollardan çox idi. Beləliklə, bizim əsas vəzifəmiz infrastruktur layihələrinin - həm sosial infrastruktur, həm digər infrastruktur layihələrinin icrası idi. Çox böyük vəsait ayrılırdı. Biz elektrik enerjisi, qazlaşdırma, kənd yollarının tikintisi ilə bağlı əsas infrastruktur layihələrini qısa müddətdə icra etdik. Hələ ki, bu istiqamətdə işlər davam edir, amma infrastruktur layihələrinin böyük əksəriyyəti artıq reallaşıb”. Prezident bildirib ki, başlanmış böyük işlərin nəticəsi gələcək illərdə özünü göstərəcəkdir. Aparılan bu islahatlar ictimaiyyət nümayəndələri tərəfindən də çox müsbət qarşılanır. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli bizimlə söhbətində dedi ki, görülən işlər iqtisadiyyatda canlanma yaradılmasına xidmət edir: “Prezidentin məlum iclasda bir çox sahələrdə vəziyyətlə bağlı çıxışı, təklifləri və tövsiyələri böyük əhəmiyyət kəsb edir. Xüsusi olaraq ölkədə dərin iqtisadi islahatların keçiriləcəyini və onun perspektiv gözləntiləri haqqında proqnozları düzgün istiqamətdə aparılan işlərdən xəbər verir. İlin əvvəlindən ölkədə antiböhran proqramının hazırlanması və onun tətbiqinə başlanılması, iqtisadiyyatda struktur islahatlarının aparılması, əhalinin sosial-rifah halının yüksəldilməsinə yönələn addımların atılması effektiv təsirlərini göstərməkdədir”. Asif Əsgərlinin sözlərinə görə islahatlar idxalın azalmasına, milli sənayenin həcminin artmasına, qeyri-neft sektorunun çəkisinin yüksəlməsinə təkan verir: “İqtisadi islahatlar ölkəmizə sərmayə qoyuluşunu daha cəlbedici etməklə yanaşı, bürokratik əngəllərin aradan qaldırılması, səmərəli iqtisadi mühitin formalaşmasına xidmət edir. Bu da iqtisadi inkişaf üçün böyük stimuldur. Ölkəmizdə sənaye potensialının inkişafı ilə bağlı ciddi islahatlar aparılır. Bu islahatlar gələcəkdə ölkəmizin sənaye potensialının artması ilə yanaşı, ixrac imkanlarının da genişlənməsini təmin edəcək. Bu isə Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info